Print

qalereya1a

Heydər Əliyev Mərkəzinin birinci mərtəbəsində 273 yerlik akt zalı yerləşir. Müasir standartlara cavab verən zalın sahəsi 680 m2-dir. Zalın vip hissəsində 9 yerlik oturacaqlar mövcuddur. Yüksək akustikaya malik zal amfiteatr formasındadır. Burada ən müasir səs və işıq avadanlıqları quraşdırılıb. Səhnə arxasında olan köməkçi otaqlar burada rayon və Respublika əhəmiyyətli müxtəlif tədbirlərin keçirilməsinə imkan yaradır.