- Details
- Dərc edilib: 17 Noyabr 2023
- Oxunma sayı: 125
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində "Mediasiya haqqında" Qanundan irəli gələn zəruri dəyişikliklərlə bağlı tələbələrlə maarifləndirici görüş keçirilib. Tədbirdə Yaşarlı Dərya 1 saylı Şəki Mediasiya təşkilatının icraçı direktoru, Cabbarov Rafael intizam komissiyasının üzvü, kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədov Zahid Ziyad oğlu, kollecin şöbə müdiri Hacıyeva İnarə Tofiq qızı və kollecin tələbələri iştirak etdilər.Tələbələri maraqlandıran suallara cavab verilib. Aktiv tələbələr sertifikatlarla təltif olunub.