- Details
- Oxunma sayı: 177
TƏDRİS İŞİ VƏ DƏRS MƏNİMSƏMƏ
Kollecdə tədrisin təşkili tədris proqramına uyğun olaraq aparılmışdır. Tədris planında göstərilən proqramlar əsasında hazırlanmış təqvim-tematik planlardan istifadə olunmuşdur. İstər nəzəri, istərsə də təcrübi dərslər səhər saat 9.00-da başlayır. Təlim klassik qaydada yüksək ixtisaslı həkimlər tərəfindən aparılır.
Təlim prosesində fənn müəllimləri tədrisin keyfiyyətini artırmaq üçün müasir üsullardan istifadə etməyə çalışmış, təlimdə əyani və texniki vasitələrdən istifadə etməyə ciddi fikir verilmişdir. Təlim keyfiyyətini yüksəltmək məqsədilə fənn müəllimlərinin pedaqoji ustalığını öyrənmək və qabaqcıl təcrübənin geniş yayılmasını təmin etmək üçün həkimlərin və müəllimlərin fəaliyyətinə nəzarət edilmişdir.
İş planına uyğun olaraq kollecdə təlim-tərbiyə işinin aparılması, tədrisin vəziyyəti pedaqoji şura, direktoryanı şura, fənn komissiyalarının iclaslarında müzakirə edilmiş, nöqsanların aradan qaldırılması üçün müvafiq qərarlar qəbul edilmişdir. Müəllimlərin pedaqoji ustalığını, təlimi aparma üsullarını, tələbələrin verilmiş tapşırıqları yerinə yetirmələrini və mənimsəmə dərəcəsini öyrənmək məqsədilə direktor, direktor müavini, şöbə müdiri, fənn komissiyasının sədri vaxtaşırı dərslərdə iştirak etmiş, fənn müəllimlərinə təlimin müasir tələblər səviyyəsində qurmaq üçün əməli köməklik göstərmişdir.
2022/2023-cü dərs ilinin I yarısında keçirilən semestr imtahan qiymətlərinə görə ümumi mənimsəmə 99,7%, keyfiyyətcə mənimsəmə 25,7%, dərs ilinin II yarısında keçirilən köçürmə imtahanlarının nəticələrinə görə ümumi mənimsəmə 100%, keyfiyyətcə mənimsəmə 15,7% olmuşdur.
Cədvəl 7.
I yarım ilin nəticələri |
II yarım ilin nəticələri |
Ümumi mənimsəmə 99,7% |
Ümumi mənimsəmə 100,% |
Keyfiyyətcə mənimsəmə 25,7% |
Keyfiyyətcə mənimsəmə 25,2% |
2022/2023-cü dərs ilinin II yarısının yekunları üzrə bütün tələbələr kredit borcunu ödəmişdir
2022/2023-cü dərs ilinin I yarısı üçün ixtisaslar üzrə təlim göstəriciləri
İxtisasın adı |
Tələ bə sayı |
91-100 balla oxuyan
A |
71-100 balla oxuyan
ABC |
51-100 balla oxuyan
ABCDE |
0-51 balla oxu yan F |
Kəmiy- yət göstəricisi |
Keyfiy yət göstə ricisi |
T/b-nın işi |
265 |
16 |
45 |
203 |
1 |
99,7 |
23 |
Mamalıq işi |
75 |
7 |
17 |
51 |
-- |
100 |
32 |
Müalicə işi |
26 |
3 |
6 |
17 |
-- |
100 |
34,6 |
Cəmi |
366 |
26 |
68 |
271 |
1 |
99,7 |
25,7 |
2022/2023-cü dərs ilinin II yarısı üçün ixtisaslar üzrə təlim göstəriciləri
İxtisasın adı |
Tələ bə sayı |
91-100 balla oxuyan
A |
71-100 balla oxuyan
ABC |
51-100 balla oxuyan
ABCDE |
0-51 balla oxu yan F |
Semestr imtahaninda iştirak etmeyib |
Kəmiy- yət göstəricisi |
Keyfiy yət göstə ricisi |
T/b-nın işi |
215 |
12 |
36 |
167 |
-- |
-- |
100 |
22,3 |
Mamalıq işi |
51 |
10 |
9 |
32 |
-- |
-- |
100 |
37,3 |
Cəmi |
266 |
22 |
45 |
199 |
-- |
-- |
100 |
25,2 |
Tədris hissəsi
Kollec üzrə sənədləşdirmə işlərinin aparılması;
Tədris qrafikinə uyğun dərs cədvəllərinin tərtib olunması;
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə illik statistik hesabatların hazırlanması (1-orta ixtisas təhsili nömrəli forma illik);
Azərbaycan Respublikası Təhsil Nazirliyinin statistika və keyfiyyətin qiymətləndirmə şöbəsinə statistik məlumatın hazırlanması;
“Tələbə-məzun dövlət elektron məlumat sistemi” bazasına tələbələrin məlumatlarının daxil edilməsi, dəyişdirilməsi, axtarışların aparılması və digər əməliyyatların aparılması;
Kolleci bitirən tələbələrə diplomların verilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması” proqramına məlumatların yerləşdirilməsi və məzunların sənədlərinin hazırlanması;
Kolleci bitirən məzunlar haqqında tələb olunan məlumatları Azərbaycan Səhiyyə Nazirliyinin “Tibb kadrlarının vahid reestri”nə daxil edilməsi.