- Details
- Oxunma sayı: 225
KOLLEC DAXİLİ NƏZARƏT
2022/2023-cü dərs ilində təlim prosesinin təşkili və aparılmasına daim nəzarət olunmuş, müəllimlərə metodiki tövsiyələr verilmiş, aşkar olunan nöqsanların aradan qaldırılması yolları göstərilmişdir.
Kollecdə təlim-tərbiyə işinin qurulması dərs ilinin əvvəlində pedaqoji şurada müzakirə edilərək təsdiq olunan iş planı əsasında həyata keçirilmişdir. Həm pedaqoji şura, həm də fənn komissiyası fəaliyyətlərini təlimin keyfiyyətini yüksəltmək, müəlimlərin pedaqoji bacarıqlarının artırılması üçün onlara metodik köməklik göstərmək istiqamətində qurmağa çalışmışlar. Dərs ili ərzində pedaqoji iclaslarda iş planında nəzərdə tutulan məsələlərin müzakirəsi aparılmış, müvafiq qərarlar qəbul olunmuşdur.
2022/2023-cü dərs ilində ümum tibbi, klinik və sosial iqtisadi fənləri əhatə edən iki fənn komissiyası fəaliyyət göstərmişdir. Fənn komissiyası öz işini perspektiv iş planına uyğun qurmuşdur. 2022/2023-cü dərs ilində tədris planlarının yenilənməsi, kredit sisteminin tətbiq olunması ilə əlaqədar fənn komissiyaları təlimin aparılmasında fənn müəllimlərinə daha yaxından metodiki tövsiyələr vermiş, kollokviumların təşkili və keçirilməsində fəal iştirak etmiş, vaxtaşırı olaraq onlayn qaydada metodiki mühazirələr təşkil olunmuşdur.
Hesabat ilində iyirmi dəfə iclas keçirilmişdir. İclaslarda təlimdə əyani və texniki vasitələrdən istifadə olunması sahəsində gənc həkimlərə göstərilən metodiki köməklik, müasir dərsə verilən tələblər, həkimlər tərəfindən metodiki işləmələrin hazırlanması, açıq dərslərin təşkili, keçirilməsi və s. məsələlər müzakirə edilmişdir ki, bunlar da təlim keyfiyyətinin yüksəldilməsinə, gənc həkimlərə təlimi daha effektli etməyə köməklik göstərmişdir. Dərs ilinin sonunda görülmüş işlərə dair pedaqoji şurada hesabat verilmişdir.
Müntəzəm və dərindən nəzəri biliklərə və praktik vərdişlərə yiyələnmək;
Nəzərdə tutulmuş tədris planı və proqramına əsasən bütün tapşırıqları müəyyən edilmiş vaxtda yerinə yetirmək üçün səylə çalışmaq. Kollektivin ictimai həyatında, özünəxidmətdə və ictimai faydalı əməkdə iştirak etmək;
İntizamlı olmaq və digər tələblərin yüksək şüurlu intizamına nail olmaq;
Nəzakətli olmaq, müəllim auditoriyaya daxil olarkən ayağa durmaq, yalnız müəllimin icazəsi ilə oturmaq;
Görüşərkən müəllimlərə və kollecin digər işçilərinə salam vermək, səliqəlivə ciddi olmaq, özünü təvazökar və ədəbli aparmaq;
Kollecin mülkiyyətinə qayğı ilə yanaşmaq;
Dərslərə lazimi tədris vəsaitləri və yazı ləvazimatları, qalpaqda və ağ xalatda, dəyişikli ayaqqabı, səliqəli saç formasında gəlmək;
Dərs vaxtı parlaq kosmetikaya və bəzək-düzəyə yol verməmək.
Kollecdə, küçədə, ictimai yerlərdə özünü ədəbli aparmaq;
Labaratoriyada, klinikada, kabinetlərdə, istehsalat təcrübəsi zamanı dərslərdə ancaq müəllim tərəfində göstərilən alətlərdən, cihazlardan və digər dərs ləvazimatlarından istifadə etmək və onlarla ehtiyyatlı davranmaq;
Xəstəliyə və digər üzürlü səbəbə görə dərsə gəlməyən tələbə 3 gün ərzində təcrübə rəhbərinə və şöbə müdirinə xəbər verməlidir;
Tələbə xəstələnərkən ambulatoriya və ya müalicə müəssisəsi həkimin müəyyən formada olan arayışı təqdim etməlidir;
Kollecin rəhbərliyinin icazəsi olmadan qrup otağından, kabinetlərdən, laboratoryalardan, klinikadan və başqa yerlərdən invertar və müxtəlif avadanlıqların çıxarılması qadağandır;
Hər bir qurpda tədris ili üçün direktorun əmri ilə qrup nümayəndəsi təyin olunur.
Dərsdə qrup nümayəndəsi tərəfindən qrup nöbətçisi təyin olunur. Qrup növbətçilərinə təmizliyə, səliqəyə, tədris otaqları əmlakının bütövlüyünə nəzarət etmək və dərsin başlanmasına zəruri yardımçı materiallarla təmin etməyi tapşırmaq;
İstehsalat təlimində yaxşı davranış və fəal ictimai işlə yanaşı, yaxşı müvəffəqiyyət və yüksək göstəricilərə görə tələblər üçün aşağıdakı həvəsləndirmə yolları müəyyən edilir:
1.Təşəkkür. 2. Şərəf lövhəsinə qeyd etmək. 3. Qiymətli hədiyyələrlə və pul mükafatı ilə təltif etmək;
Tələblərə həvəslərdirmə kollecin direktorluğu tərəfindən, ictimai təşkilatlarının razılığı ilə həyata keçirilir.
Təlimat intizam, məktəbin qaydalarını pozan inzibati cəza verilir:
1. MƏZƏMMƏT. 2. CİDDİ TÖHMƏT. 3. MƏKTƏBDƏN XARİC OLMAQ.
DƏRS İNTİZAMI
Kollecdə təlim-tərbiyə prosesinə müsbət təsir göstərən dərs intizamı daim diqqət mərkəzində saxlanılmışdır. Dərs ilinin I yarısında təlimin onlayn qaydada aparılması hesabına dərslərə davamiyyətin yoxlanması texniki səbəbdən mümkün olmamışdır. Nizam-intizam qaydalarını pozan üzrsüz dərs buraxanlarla və onların valideynləri ilə fərdi söhbətlər aparılmışdır.
2022/2023-cü dərs ilində 6827 saat üzürsüz olaraq dərs buraxılmışdır.
İxtisasın adı |
I yarım il
|
II yarım il
|
|||||||
|
Cəmi |
Üzürlü |
Üzürsüz |
Cəmi |
Üzürlü |
Üzürsüz |
|||
Tibb bacısının işi |
2160 |
322 |
1838 |
2751 |
1206 |
1545 |
|||
Mamalıq işi |
844 |
154 |
690 |
524 |
208 |
316 |
|||
Müalicə işi |
548 |
134 |
414 |
-- |
-- |
-- |
|||
Cəmi |
3552 |
610 |
2942 |
3275 |
1414 |
1861 |
Cədvəl 15.
Cəmi |
Üzürlü |
Üzürsüz |
6827 |
2024 |
4038 |