- Details
- Oxunma sayı: 269
DÖVLƏT İMTAHANLARI VƏ MƏZUNLARLA ƏLAQƏ
2022/2023-ci dərs ilinin sonunda tədris istehsalat və istehsalat təcrübəsində iştirak etmiş tibb bacısı işi, müalicə işi, mamalıq işi ixtisasları üzrə tələbələr tədris planına uyğun olaraq Dövlət attestasiya imtahanlarında iştirak etmişlər. Tibb bacısı ixtisası və müalicə işi üzrə attestasiya imtahanlarından daxili xəstəliklər, cərrahi xəstəliklər, uşaq xəstəlikləri fənləri üzrə, mamalıq işi ixtisası üzrə mamalıq, ginekologiya və uşaq xəstəlikləri fənni üzrə test üsulu ilə aparılmışdır.
İxtisas imtahanlarının nəticəsi pedoqoji şura iclasında müzakirə edilmiş, nöqsanlar göstərilmiş, onun aradan qaldırılması üçün tədbirlər hazırlanmışdır. Təhsillərini başa vurmuş məzunlar sərbəst olaraq işlə təmin olunmaq hüququ əldə etmişlər.
Ixtisas |
İxtisas imtahanına buraxılıb |
Diplom alıb |
Ondan fərqlənmə alanlar |
Qeyd |
Mamalıq işi |
24 |
24 |
-- |
|
Tibb bacısının işi |
49 |
49 |
-- |
|
Müalicə işi |
26 |
26 |
3 |
|
Cəmi: |
99 |
99 |
3 |
TƏDRİS, TƏDRİS-İSTEHSALAT, İSTEHSALAT TƏCRÜBƏSİ
2022/2023-cü dərs ilində tədris planına uyğun olaraq tədris istehsalat və diplomqabağı təcrübə MRX-nın müxtəlif şöbələrində aparılması nəzərdə tutulmuşdur. Tibb bacısının işi, müalicə işi, mamalıq işi ixtisası üzrə III kurs tələbələri VI semestrdə 8 həftəlik tədris-istehsalat, 8 həftəlik diplomqabağı təcrübədə iştirak etmişlər. Təcrübə 16.02.2023-cü ildən 07.06.2023-cü ilədək aparılmışdır. Təcrübənin sonunda tələbələr əldə etdikləri təcrübi vərdişlərə və hesabatları üzrə attestasiyadan keçirilmişlər.
№ |
İxtisasın adı |
Kurs |
Semestr |
Təcrübənin müddəti |
1. |
T/b-nın işi |
III |
VI 16.02.-07.06 |
8 həftə tədris istehsalat 8 həftə diplomqabağı |
2. |
Mamalıq işi |
III |
VI 16.02.-07.06 |
8 həftə tədris istehsalat 8 həftə diplomqabağı |
3. |
Müalicə işi |
III |
VI 16.02.-7.06. |
8 həftə tədris istehsalat 8 həftə diplomqabağı |