2022/2023-cü dərs ilində tələbələrlə aparılacaq ideya-siyasi, mədəni-kütləvi, fiziki tərbiyə işlərinə dair dərs ilinin əvvəlində tədbirlər planı hazırlanmışdır. Tələbələrımız ictimai işlərdə fəal iştırak etmiş əlamətdar günlərlə əlaqədar müxtəlif mövzular, nəzəri konfrans və seminarlar, II Qarabağ müharibəsi qaziləri, şəhid ailələri ilə görüşlər keçirilmişdir. Kollecin tələbə gənclər təşkilatı nəznində Debat klubu üzvləri respublika müsabiqəsində iştirak etmiş, mükafat qazanmışlar.
Respublika Prezidentinin 2023-cü ili “Heydər Əliyev” ili elan etməsi ilə əlaqədar ulu öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar illik iş planı hazırlanmış və tədbirlər planında göstərilən tədbirlər ardıcıl surətdə həyata keçirilmişdir. Tələbələrimiz doğum günü ilə əlaqədar keçirilən rayon və respublika tədbirlərində fəal iştirak etmiş, mükafata layiq yerlər tutmuşlar.
Bununla yanaşı tələbələr arasında xəstəliyin yoluxma yolları, müalicəsi haqda, tələbələrin xəstəlikdən qorunması üçün peyvəndin aparılması üçün maarifləndirici söhbətlər aparılmışdır. Rayon səviyyəsində keçirilən tədbirlərdə tələbələrin iştirakı təmin olunmuşdur.