loqotip1 Şəki Tibb Məktəbi 1929-cu ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə yaradılmış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin D-2268 saylı 28.08.1997-ci il Dövlət Qeydiyyat haqda Şəhadətnaməsi ilə dövlət orta ixtisas təhsili müəssisəsi kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Təhsil haqqında Qanunun 14.5.5-ci və 21. Maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli 112 saylı qərarına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25 iyun 2010-cu il tarixli 47 saylı tarixli əmri ilə Şəki Tibb Məktəbinin bazası əsasında Şəki Tibb Kolleci yaradılmış və onun hüquqi varisidir.
   Kollec ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.Təhsil haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq Müalicə profilaktika müəssisələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını, əlavə təhsil və orta tibb işçilərinin yenidən hazırlanması proqramlarını həyata keçirən publik hüquqi şəxsdir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsis edilmişdir.
   Kollec öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının  Mülki Məcəlləsini, Azərbaycan Respublikasının “Publik Hüquqi” şəxsi haqqında, Təhsil haqqında, Azərbaycan Respublikasının qanunu,  Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təlimat və əmrlərini habelə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin kollegiyasının qərarları və əmrlərini və Kollecin nümunəvi Nizamnaməsini rəhbər tutur. Kollecin müstəqil balansı vardır, istifadəsində olan Dövlət əmlakı, bank hesabı üzərində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Şəki Tibb Kollecinin adı həkk olunmuş möhürü, ştanpı və blankı vardır. Kollec öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Dövlət və yerli özünü idarəetmə orqanları ilə  beynəlxalq və qeyri hökumət təşkilatları ilə digər hüquqi və fiziki şəxslərlə əlaqəli fəaliyyət göstərir. Kollec Təhsil haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq Akkreditasiya edilir. Siyasi partiyaların,dini qurumların strukturlarının yaranmasına və fəaliyyətinə yol verilmir.

haqqimizda


KOLLECDƏ YARADILMIŞ TƏDRİS ŞƏRAİTİ




001002003
fondsehiyye1edudim1

VKkj

 


f01   i01   y01   m01