Kollec iki uyğulaşdırılmış binada yerləşir. Kollecin istifadə olunan ümumi sahəsi 2415 kv.m-dir.
Bundan 535 kv.m-ni nəzəri və təcrübi dərslərin aparılması üçün sinif otaqları və laboratoriyalar, 52 kv.m-ni kitabxana, 56 kv.m-ni bufet, 108 kv.m-ni akt zalı, 12 kv.m-ni kompyuter otağı, 72 kv.m-ni idman zalı, 23 kv.m-ni qarderob, qalan hissəsini inzibati otaqlar və həyətyanı sahə təşkil edir.
Kollecdə tələbələrin və təkmilləşdirmə kursu dinləyiciləri üçün nəzəri dərslərini keçmək üçün 18 fənn kabinəsi, təcrübi dərsləri keçirmək üçün xəstəyə qulluq, terapiya, cərrahiyyə, pediatriya fənləri üzrə klinikaya qədər kabinə, kompyüter otağı vardır.
Bundan başqa kollecdə mədəni-kütləvi tədbirləri keçirmək üçün akt zalı, yardımçı otaqlar vardır. Kollecdə kargüzarlıq işinin aparılması internet şəbəkəsi vasitəsi ilə həyata keçirilmişdir.
Cədvəl 1.
Göstəricilərin adı |
Tədris sahəsi |
Yardımçı otaqların sahəsi |
Təlimlə əlaqədar istifadə olunan sahə |
535 kv.m |
15 kv.m |
Cədvəl 2.
Göstəricilərin adı |
Faktiki |
Kabinə və laboratoriya |
18 |
Kitabxana |
1 |
Oxu zalı |
1 |
Akt zalı |
1 |
H.Əliyev guşəsi |
1 |
Kompyüter otağı |
1 |
Kollecdə tələbələrin istifadəsində olan kitabxananın sahəsi 52 kv.metrə qədərdir. Orada tələbələrin dərslərə hazırlaşmaları üçün şərait yaradılmışdır. Kitabxanada həm tibbi, həm də bədii ədəbiyyatın ümumi fondu 11610 nüsxədir. 6521 nüsxəsi tibbi, 4501 nüsxə bədii ədəbiyyat, 324 nüsxə jurnal vardır.
2022/2023-cü tədris ilində yeni qəbul olunmuş tələbələrlə tədris yeni tədris planlarına uyğun olaraq kredit sistemi ilə tədris planlarına uyğun şəkildə aparılmışdır. Tədris ili ərzində tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə həm nəzəri, həm də təcrübi dərs saatları tam yerinə yetirilmişdir.