Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Şəki Tibb Kollecinə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən həyata keçirilir.Orta ixtisas kollecinə qəbul olunmaq hüququna Azərbaycan Respublikasının bütün vətəndaşları malikdirlər.Beynəlxalq əməkdaşlıq çərçivəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər kollecdə ödənişli əsaslarla təhsil ala bilərlər.Tibb kollecində təhsilin və diplomdansonrakı təhsilin normativ müddəti ixtisasların xüsusiyyətlərindən asılı olaraq ixtisasın proqramında göstərildiyindən ibarətdir.Kollecdə aşağıdakı ixtisaslar üzrə qəbul aparılır.Təhsil əyani formada həyata keçirilir.

Ödənişsiz əsaslarla

040706 - Mamalıq işi: 3 il

040714 - Tibb bacısı (qardaşı) işi: 3 il

Ödənişli əsaslarla

040706 - Mamalıq işi: 3 il - 600 AZN

040714 - Tibb bacısı (qardaşı) işi: 3 il - 800 AZN

   Ərizələrin qəbul müddəti TQDK tərəfindən müəyyən edilir

Son iki ildə orta məktəbi bitirən abituriyentlər TQDK tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən Kollecə qəbul olunurlar.Əvvəlki illərdə orta məktəbi bitirib ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olmayan abituriyentlər isə TQDK tərəfindən kolleclər üçün keçirilən imtahanların nəticələri əsasında yerləşdirilir.

Tələb olunan sənədlər

 KOLLECƏ QƏBUL OLMUŞ ABİTURİYENTLƏR QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN AŞAĞIDAKI SƏNƏDLƏRİ TƏQDİM ETMƏLİDİRLƏR:

  1. Orta təhsil haqqında attestat (əsli)
  2. 4 ədəd fotoşəkil (ölçü 3x4sm)
  3. Sağlamlıq haqqında tibbi arayış (Forma 086)
  4. Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli əsaslarla qəbul olan tələbələr üçün)
  5. Şəxsiyyət vəsiqəsi və sürəti (2 ədəd)

Diqqət:

Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentlər kollecin tələbələri sırasına daxil edilməyəcək.

 TƏHSİL HAQQINDAN AZAD OLUNMA HÜQUQUNA MALİK OLANLAR AŞAĞIDAKI ƏLAVƏ SƏNƏDLƏRİ TƏQDİM ETMƏLİDİRLƏR :

a) Məcburi köçkünlər.

1.Tələbənin məcburi köçkünlük vəsiqəsinin özü və surəti. (Notarial qaydada təsdiq olunmuş)

b) Şəhid ailələri.

1.Şəhid ailəsinə mənsub olması haqqında vəsiqə və onun surəti. (Notarial qaydada təsdiq olunmuş)

2.Doğum haqqında şəhadətnamə və surəti. (Notarial qaydada təsdiq olunmuş)

c) Valideyn himayəsindən məhrum və yaxud bir valideyni vəfat etmiş , o biri valideyni I və II qrup əlil olanlar.

1.Valideynlərin ölüm haqqında şəhadətnaməsi və surəti. (Notarial qaydada təsdiq olunmuş)

2.Valideynin I və II qrup əlilliyi haqqında sənəd və surəti. (Notarial qaydada təsdiq olunmuş)

3.Doğum haqqında şəhadətnamə və surəti. (Notarial qaydada təsdiq olunmuş)

d) Sağlamlıq imkanı məhdud olanlar.

I və II qrup əlilliyi olan tələbənin əlilliyini təsdiq edən sənəd və surəti. (Notarial qaydada təsdiq olunmuş)

e) Azərbaycan Respublikası ərazi bütövlüyünün , müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilənlərin övladları.

Valideynin ölüm haqqında şəhadətnaməsi və surəti. (Notarial qaydada təsdiq olunmuş)

Valideynin ərazi bütövlüyü uğrunda döyüşlərdə almış xəsarət nəticəsində əlil olması haqqında Dövlət Tibb-Sosial ekspertiza və reablitasiya xidməti (DTSERX) tərəfindən verilən sənəd və surəti. (Notarial qaydada təsdiq olunmuş)

3.Müharibə veteran statusunu təsdiq eden sənəd.

4. Doğum haqqında şəhadətnamə və surəti. (Notarial qaydada təsdiq olunmuş)

Abituriyentlərin sənəd qəbulu üzrə məsul şəxs: Məmmədova Pərvanə (This email address is being protected from spambots. You need JavaScript enabled to view it. )


KOLLECDƏ YARADILMIŞ TƏDRİS ŞƏRAİTİ




001002003
fondsehiyye1edudim1

VKkj

 


f01   i01   y01   m01