Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və bununla bağlı müvafiq Tədbirlər Planı Şəki Tibb Kollecində daim diqqət mərkəzində saxlanılır. Sözügedən Tədbirlər Planının 3.3.7.1-ci (Respublikanın ali və orta təhsil müəssisələrində tələbə/şagird və müəllim heyəti üçün sağlam həyat tərzi barədə müxtəlif informativ maarifləndirici resursların yaradılması) və 3.3.7.2-ci (Sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici materialların (videoçarxlar, bukletlər, plakatlar və s.) hazırlanması) bəndlərinin icrası ilə bağlı Şəki Tibb Kollecində müvafiq tədbirlər həyata keçilir.
İDMAN
İdman-Sağlamlıq Kompleksinin Tədbirlər Planına uyğun olaraq bayram və əlamətdar günlər münasibətilə mütəmadi olaraq kurslar və qruplararası kollec birincilikləri və turnirlər keçirilir. Bundan başqa kollecin ayrı-ayrı idman növləri üzrə komandaları yubiley və əlamətdar günlər münasibətilə şəhər və respublika miqyaslı turnirlərdə layiqincə təmsil olunur.