- Details
- Dərc edilib: 16 May 2024
- Oxunma sayı: 110
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan "Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında və ordu quruculuğunda Ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Şəki şəhəri üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Səbahət Bağırova, Şəki Tibb Kollecinin direktoru Elmira Hacıyeva, Şəhid anaları və tələbələr çıxış ediblər.
Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı müxtəlif video çarxlar təqdim olunub.