- Details
- Dərc edilib: 12 Fevral 2025
- Oxunma sayı: 32
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin tələbələri, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Gənclərin Maarifləndirməsinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə 4-7 Fevral tarixlərində Qazax Olimpiya İdman Kompleksində gənclər düşərgəsi keçirilib. "Gənclər həftəsi" çərçivəsində düşərgə iştirakçıları Qazax rayonunun gəzməli, görməli yerlərində olublar.
Ekskursiya zamanı "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı və Göyəzən filialları, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi, Qazax Rayon Heydər Əliyev Mərkəzi, Qazax Tarix-Diyarşünaslıq Muzeyi, Ədəbiyyat Muzeyi, Fəxri Qazaxlılar parkı, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılan Şəhidlər Xiyabanı, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi haqqında iştirakçılara dolğun və əhatəli məlumatlar verilib.