46.75 KBAOİTM-i tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə

AOİTM-i tələbələrinin köçürülməsi tələbələr sırasından xaric edilməsi və bərpa olunması akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı suverenliyi və ərazi bütövlüyü

Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərancamı

OİDTM-nin-pedaqoji-şurası-haqqında-Əsasnamə

OİDTM-nin-şöbələri-haqqında-Əsasnamə

OİTM-nin-nümunəvi-nizamnaməsi

OİTM-nin-TƏLƏBƏLƏRİNİN-DÖVLƏT-ATTESTASİYASI-HAQQINDA-ƏSASNAMƏ

OİT-pilləsində-təhsil-haqqında-dövlət-sənədlərinin-nümunələri-və-onların-verilməsi-qaydası (1)

OİT-üzrə-ixtisasların-Təsnifatı

Orta-ixtisas-təhsili-müəssisələrində-kredit-sistemi-ilə-tədrisin-təşkili-Qaydaları

Orta-ixtisas-təhsili-pilləsinin-dövlət-standartı-və-proqramı

Təhsil-Qanunu

Təhsil-təlim-tərbiyə-müəssisələrinin-rəhbər-inzibati-təsərrüfat-tədris-köməkçi-və-digər-işçilərinin-tutduqları-vəzifə-ilə-yanaşı-ixtisasları-üzrə-dərs-yükü-pedaqoji-iş-aparmaları-haqqında-Normalar

Tələbələrə-təqaüdlərin-təyin-olunması-və-ödənilməsi-qaydası-NK

Valideynlərini-itirmiş-və-valideyn-himayəsindən-məhrum-olmuş-uşaqların-sosial-müdafiəsi-haqqında

  Kollecin rəhbərliyi və müəllim heyəti hər zaman çalışır ki, tələbələr ən yüksək təhsil və etik davranış qaydalarına yiyələnməklə yanaşı, bir vətəndaş, şəxsiyyət kimi yüksək vətənpərvərlik ruhunda formalaşsınlar. Tələbələrə milli-mənəvi dəyərləri qoruyub saxlamaq şərtilə humanizm, insanpərvərlik, əxlaqi saflıq, şəfqət, mənəvi kamillik, əməyə sevgi, öz peşəsini sevmək, məsuliyyətli olmaq kimi hissləri aşılamaq qarşımızda duran ən öndə vəzifələrdən biridir.
   Tələbələrin tərbiyə işində qarşımıza qoyduğumuz əsas məsələlər bunlardır:
   hər bir tələbənin şəxsiyyət və əsl vətəndaş kimi formalaşmasına dəstək olmaq;
  gənc nəsli tarixi köklərə bağlı olan vətənpərvərlik və müstəqil Dövlətimizin ideya və siyasi xəttinin dəstəklənməsi ruhunda tərbiyə etmək;
   gənclərə torpağa məhəbbət, humanizim ideyalarını aşılamaq;
   gələcək mütəxəssislərin siyasi savadının artırılmasına çalışmaq;
   gənclərə cəmiyyətin ictimai-siyasi həyatında baş verən dəyişikliklər, siyasi və sosial münaqişələrin mahiyyəti barədə məlumat vermək;
   gənclər arasında təşviqat və təbliğat işlərini gücləndirmək;
   tələbələrin demokratik ruhda sərbəst fikir söyləmələri üçün şərait yaratmaq;
   gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərin yayılmasına qarşı yönəlmiş tədbirlər görmək.

DÖVLƏT İMTAHANLARI VƏ MƏZUNLARLA ƏLAQƏ

   2022/2023-ci dərs ilinin sonunda tədris istehsalat və istehsalat təcrübəsində iştirak etmiş tibb bacısı işi, müalicə işi, mamalıq işi ixtisasları üzrə tələbələr tədris planına uyğun olaraq  Dövlət  attestasiya imtahanlarında iştirak etmişlər. Tibb bacısı ixtisası və müalicə işi üzrə attestasiya imtahanlarından daxili xəstəliklər, cərrahi xəstəliklər, uşaq xəstəlikləri fənləri üzrə, mamalıq işi ixtisası üzrə mamalıq, ginekologiya və uşaq xəstəlikləri fənni üzrə test üsulu ilə aparılmışdır.
    İxtisas imtahanlarının nəticəsi pedoqoji şura iclasında müzakirə edilmiş, nöqsanlar göstərilmiş, onun aradan qaldırılması üçün tədbirlər hazırlanmışdır. Təhsillərini başa vurmuş məzunlar sərbəst olaraq işlə təmin olunmaq hüququ əldə etmişlər.

Ixtisas

İxtisas imtahanına buraxılıb

Diplom alıb

Ondan fərqlənmə alanlar

Qeyd

Mamalıq işi

24

24

--

Tibb bacısının işi

49

49

--

Müalicə işi

26

26

3

Cəmi:

99

99

3


TƏDRİS, TƏDRİS-İSTEHSALAT, İSTEHSALAT TƏCRÜBƏSİ

2022/2023-cü dərs ilində tədris planına uyğun olaraq tədris istehsalat və diplomqabağı təcrübə MRX-nın müxtəlif şöbələrində aparılması nəzərdə tutulmuşdur. Tibb bacısının işi, müalicə işi, mamalıq işi ixtisası üzrə III kurs tələbələri VI semestrdə 8 həftəlik tədris-istehsalat, 8 həftəlik diplomqabağı təcrübədə iştirak etmişlər. Təcrübə 16.02.2023-cü ildən 07.06.2023-cü ilədək aparılmışdır. Təcrübənin sonunda tələbələr əldə etdikləri təcrübi vərdişlərə və hesabatları üzrə attestasiyadan keçirilmişlər. 

İxtisasın adı

Kurs

Semestr

Təcrübənin müddəti

1.

T/b-nın işi

III

VI

16.02.-07.06

8 həftə tədris istehsalat

8 həftə diplomqabağı

2.

Mamalıq işi

III

VI

16.02.-07.06

8 həftə tədris istehsalat

8 həftə diplomqabağı

3.

Müalicə işi

III

VI

16.02.-7.06.

8 həftə tədris istehsalat

8 həftə diplomqabağı


TƏDRİS İŞİ VƏ DƏRS MƏNİMSƏMƏ

   Kollecdə tədrisin təşkili tədris proqramına uyğun olaraq aparılmışdır. Tədris planında göstərilən proqramlar əsasında hazırlanmış təqvim-tematik planlardan istifadə olunmuşdur. İstər nəzəri, istərsə də təcrübi dərslər səhər saat 9.00-da başlayır. Təlim klassik qaydada yüksək ixtisaslı həkimlər tərəfindən aparılır.
   Təlim prosesində fənn müəllimləri tədrisin keyfiyyətini  artırmaq üçün müasir üsullardan istifadə etməyə çalışmış, təlimdə əyani və texniki vasitələrdən istifadə etməyə ciddi fikir verilmişdir. Təlim keyfiyyətini yüksəltmək məqsədilə fənn müəllimlərinin pedaqoji ustalığını öyrənmək və qabaqcıl təcrübənin geniş yayılmasını təmin etmək üçün həkimlərin və müəllimlərin fəaliyyətinə nəzarət edilmişdir.
   İş planına uyğun olaraq kollecdə təlim-tərbiyə işinin aparılması, tədrisin vəziyyəti pedaqoji şura, direktoryanı şura, fənn komissiyalarının iclaslarında müzakirə edilmiş, nöqsanların aradan qaldırılması üçün müvafiq qərarlar qəbul edilmişdir. Müəllimlərin pedaqoji ustalığını, təlimi aparma üsullarını, tələbələrin verilmiş tapşırıqları yerinə yetirmələrini və mənimsəmə dərəcəsini öyrənmək məqsədilə direktor, direktor müavini, şöbə müdiri, fənn komissiyasının sədri vaxtaşırı dərslərdə iştirak etmiş, fənn müəllimlərinə təlimin müasir tələblər səviyyəsində qurmaq üçün əməli köməklik göstərmişdir.
   2022/2023-cü dərs ilinin I yarısında keçirilən semestr imtahan qiymətlərinə görə ümumi mənimsəmə 99,7%, keyfiyyətcə mənimsəmə 25,7%, dərs ilinin II yarısında keçirilən köçürmə imtahanlarının nəticələrinə görə ümumi mənimsəmə 100%, keyfiyyətcə mənimsəmə 15,7% olmuşdur.

 Cədvəl 7.

I yarım ilin nəticələri

II yarım ilin nəticələri

Ümumi mənimsəmə 99,7%

Ümumi mənimsəmə 100,%

Keyfiyyətcə mənimsəmə 25,7%

Keyfiyyətcə mənimsəmə 25,2%

2022/2023-cü dərs ilinin II yarısının yekunları üzrə bütün tələbələr kredit borcunu ödəmişdir

 

2022/2023-cü dərs ilinin I yarısı üçün ixtisaslar üzrə təlim göstəriciləri 

 

İxtisasın adı

 

Tələ

sayı

91-100 balla oxuyan

 

A

71-100 balla oxuyan

 

ABC

51-100 balla oxuyan

 

ABCDE

0-51 balla oxu

yan

F

 

Kəmiy-

yət göstəricisi

 

Keyfiy

yət

göstə

ricisi

T/b-nın işi

265

16

45

203

1

99,7

23

Mamalıq işi

75

7

17

51

--

100

32

Müalicə işi

26

3

6

17

--

100

34,6

Cəmi

366

26

68

271

1

99,7

25,7

 

2022/2023- dərs ilinin II yarısı üçün ixtisaslar üzrə təlim göstəriciləri

 

İxtisasın adı

 

Tələ

sayı

91-100 balla oxuyan

 

A

71-100 balla oxuyan

 

ABC

51-100 balla oxuyan

 

ABCDE

0-51 balla oxu

yan

F

 

Semestr imtahaninda iştirak etmeyib

 

Kəmiy-

yət göstəricisi

 

Keyfiy

yət

göstə

ricisi

T/b-nın işi

215

12

36

167

--

--

100

22,3

Mamalıq işi

51

10

9

32

--

--

100

37,3

Cəmi

266

22

45

199

--

--

100

25,2


Tədris hissəsi

Kollec üzrə sənədləşdirmə işlərinin aparılması;
Tədris qrafikinə uyğun dərs cədvəllərinin tərtib olunması;
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə illik statistik hesabatların hazırlanması (1-orta ixtisas təhsili nömrəli forma illik);
Azərbaycan Respublikası Təhsil Nazirliyinin statistika və keyfiyyətin qiymətləndirmə şöbəsinə statistik məlumatın hazırlanması;
“Tələbə-məzun dövlət elektron məlumat sistemi” bazasına tələbələrin məlumatlarının daxil edilməsi, dəyişdirilməsi, axtarışların aparılması və digər əməliyyatların aparılması;
Kolleci bitirən tələbələrə diplomların verilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması” proqramına məlumatların yerləşdirilməsi və məzunların sənədlərinin hazırlanması;
Kolleci bitirən məzunlar haqqında tələb olunan məlumatları Azərbaycan Səhiyyə Nazirliyinin “Tibb kadrlarının vahid reestri”nə daxil edilməsi.

 

   Kollecdə tələbələrin istifadəsində olan 52 m2 kitabxana fəaliyyət göstərir. Kitabxanada tələbələrin dərslərə hazırlaşmaları üçün müvafiq şərait yaradılmışdır. Burada ümumi kitab fondu 11610 nüsxədir. Onlardan 6521 nüsxəsi tibbi, 4501 nüsxəsi bədii ədəbiyyat və 324 nüsxəsi isə jurnallardır.

   Respublikamızda digər sahələrdə olduğu kimi təlim prosesinin təşkili və aparılmasında əsaslı islahatlar aparılır. Təlim tərbiyə prosesinin bütün mərhələlərində kadr hazırlığının müasir tələblərə uyğun qurulması, hər tərəfli dünya  görüşünə malik ixtisaslı kadrların hazırlanmasına diqqət yetırılır. Şəki tibb kollecində də təcrübi cəhətdən hazırlıqlı kadr hazırlığına, Təhsil Qanunundan irəli gələn vəzifələrın həlli daim diqqət mərkəzində saxlanılır.
  Tələbələr təcrübə dövründə verilmiş təlimata uyğun olaraq hesabat hazırlamışlar. Təcrübənin yekununda tələbələr hazırladıqları hesabat əsasında attestasiyadan keçirilərək, ixtisas imtahanlarına buraxılmışlar.
   2022/2023-cü dərs ilində orta ixtisas hazırlığı ilə yanaşı, kollecdə tibb bacısı, mamalıq işi ixtısasları üzrə təkmilləşmə kursları təşkil olunmuşdur.
    Fənn komissiyaları iş planlarına uyğun olaraq açıq dərslərin təşkilini metodiki işləmələrin hazırlanmasını təmin etmişdir.


 2022/2023-cü dərs ilində kollecdə 370 nəfər tələbə təhsilini davam etdirmişdir. Bunlardan 151 nəfəri kollecə yeni qəbul olunmuşlar, onlardan 3 nəfəri müsabiqədən kənar qəbul olunmuşdur və sentyabr ayının 15-də dərsə başlamışlar. Qəbul olunanların 106 nəfəri ödənişli əsaslarla qəbul olunmuşlar. Hesabat dövründə 1 nəfər kollecə bərpa olunmuş, 1 nəfər kollecdən xaric olunmuş, 1 nəfərə məzuniyyət verilmiş, 4 nəfər hərbi xidmətə çağrılmış, 99 nəfər təhsilini başa vurmuşdur.

 Cədvəl 4.

Göstəricilər

Sayı

Qeyd

1.

Cəmi tələbə sayı:

O, cümlədən yeni qəbul

370

151

2.

Akademik məzuniyyət verilib

1

3.

Bərpa olunub

1

4.

Hərbi xidmətə gedib

4

5.

Hərbi xidmətdən qayıdıb

--

6.

Başqa kollecə köçürülüb

--

7.

Başqa kollecdən gəlib

--

8.

Kollecdən xaric edilib

1

9.

Kolleci bitirib

99

10.

İxtisas imtahanlarına buraxılmayıb

--

11.

Cinayət intizam pozğunluğu

--

12.

Dərs ilinin sonuna tələbə sayı

266

 

Cədvəl 5.

İxtisasın adı

Qəbul  olunub

Dövlət  hesablı

Ödənişli

Plan

Fakt

Plan

Fakt

Plan

Fakt

Tibb bacısının işi

125

125

40

40

85

85

Mamalıq işi

25

26

10

10

15

16

Cəmi

150

151

50

50

100

101

   Dərs ilinin sonunda I kurslar üzrə 149 nəfər, II kurslar üzrə 117 nəfər semestr imtahanlarında iştirak etmişlər. Semestr imtahanları tədris planına uyğun olaraq I və II kurslarda yazılı formada  aparılmışdır.
   İyun ayında tibb bacısının işi ixtisası üzrə 49 nəfər, müalicə işi ixtisası üzrə 26 nəfər, mamalıq işi ixtisası üzrə 24 nəfər təhsillərini başa vuraraq müvafiq ixtisas almış və sərbəst işlə təmin olunmaq imkanı verilmişdir. Kollecdə təhsilini başa vurmuş məzunlardan 3 nəfərinə fərqlənmə diplomu verilmişdir.

Cədvəl 6.

İxtisasın Adı

Tələbə sayı

Fərqlənmə diplomu

Mamalıq işi

24

--

Tibb bacısının işi

49

--

Müalicə işi

26

3

Cəmi

99

3

Təhsilalanların cari və aralıq qiymətləndirilməsi

1.Orta ixtisas təhsili pilləsi üzrə kadr hazırlığı həyata keçirən təhsil müəssisələrində tələbələrin təhsil proqramını mənimsəmə səviyyəsi onların fənlər üzrə biliyinin cari və aralıq qiymətləndirilməsi, eləcə də yekun attestasiyası əsasında müəyyənləşdirilir.
2.Cari və aralıq qiymətləndirilmə, eləcə də yekun attestasiya çoxballı qiymətləndirmə sistemi ilə aparılır. Fənn üzrə tələbənin toplaya biləcəyi balın maksimum həddi 100-ə bərabərdir. Bu balların 50-si semestr ərzindəki fəaliyyətə (cari qiymətləndirmə), digər 50-si isə imtahanın nəticələrinə görə müəyyənləşdirilir. Bu balların yığılması qaydaları, üsulları və meyarları təhsil müəssisəsi tərəfindən müəyyən olunur.
3.Biliyin cari qiymətləndirilməsi semestr ərzində tələbənin tədris prosesindəki fəaliyyətinə görə aparılır.
4.Fənn üzrə tələbənin biliyinin cari qiymətləndirilməsi semestr ərzində fənni (tədrisinin hər bir növü üzrə ayrı-ayrılıqda) tədris edən müəllim tərəfindən aparılır. Semestr ərzində tələbənin tədris prosesindəki fəaliyyəti üzrə qeydiyyat formaları, qiymətləndirmə üsulları (yazılı, şifahi, test, baxış, dinləmə, performans) və qaydaları təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Müəllim tələbələri ilk gündən tədris etdiyi fənn üzrə qiymətləndirmənin üsulları və qaydaları ilə tanış etməlidir. Tədris etdiyi fənn üzrə müəllim tərəfindən müəyyənləşdirilən bütün tələblər, onun işçi tədris proqramında (sillabusda ) öz əksini tapmalı və tədrisin ilk günündən tələbələrə təqdim edilməlidir.
5.Semestr ərzində fənn üzrə auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.
6.Fənni tədris edən müəllim cari qiymətləndirmənin nəticələrini imtahan sessiyası başlayanadək təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş formada müvafiq bölməyə və ya şöbəyə təhvil verir.
7.Tələbənin semestr ərzində götürdüyü fənn (fənlər) üzrə biliyinin aralıq qiymətləndirilməsi üçün imtahan sessiyaları təşkil edilir.
8.İmtahan sessiyaları hər semestrin sonunda tədris planlarında göstərilən vaxtda qrafik üzrə təhsil müəssisəsi tərəfindən təsdiq olunmuş qaydada həyata keçirilir və imtahan nəticələri təhsil müəssisəsinin veb saytında yerləşdirilir.
9.Fənn üzrə imtahan tələbənin semestr ərzində aldığı biliklərin mənimsəmə səviyyəsini, sərbəst işləmə bacarığını, təcrübi məsələlərin həllində həmin bilikləri tətbiq etmək qabiliyyətini müəyyənləşdirilməsi və qiymətləndirməsi üçün nəzərdə tutulur.
10.İmtahanların keçirilməsi qaydaları, üsulları (yazılı, şifahi, test, baxış, dinləmə, performans) və müddəti (3 saatdan artıq olmamaq şərtilə) semestr başlayandan 15 (on beş) gün müddətində təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir və elan olunur.
11.İmtahanlar müvafiq fənn birləşmə komissiyaları tərəfindən fənn proqramlarına uyğun olaraq hazırlanmış və sessiyanın başlanmasına 30 (otuz) gün qalanadək tələbələrə elan edilmiş suallar və ya tapşırıqlar əsasında təşkil olunur və fənni tədris edən müəllimin iştirakı ilə keçirilir.
İmtahanlarda qiymətləndirmə bu qaydada 19-cu bəndinə uyğun həyata keçirilir.
12.İmtahanın nəticəsinin müvəffəq qəbul edilməsi üçün imtahanda qazanılan balların miqdarı 17-dən az olmamalıdır. İmtahanda 17-dən az bal toplayan tələbə cari qiymətləndirmənin nəticəsindən asılı olmayaraq həmin fəndən qeyri-kafi qiymət almış hesab olunur.
13.Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır.
14.Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək və ya fənni yenidən dinləmək üçün şərait yaradılır.
15.Bu halda fənni yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər.
16.Tələbə (üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur.
17.Tələbələrin imtahan-yazı işləri və imtahan sessiyasının digər sənədlərinin saxlama müddəti “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”na əsasən tənzimlənir.
18.Tələbənin fənn üzrə biliyinin yekun qiymətləndirilməsi onun biliyinin cari və aralıq qiymətləndirilmələrinin cəmi (yekun bal) əsasında aparılır və imtahan bitdikdən sonra 3 iş günündən gec olmayaraq təhsil müəssisəsi tərəfindən tələbələrə elan olunaraq müəssisənin veb saytında yerləşdirilir.
19.Toplanmış yekun bala görə tələbənin fənn üzrə biliyi aşağıdakı cədvələ əsasən qiymətlədirilir:

91-100 bal
“əla” – A

81-90 bal
“çox yaxşı” – B

71-80 bal
“yaxşı” – C

61-70 bal
“qənaətbəxş” – D

51-60 bal
“kafi” – E

51 baldan aşağı
“qeyri-kafi” – F

Təhsilalanların biliyinin yenidən qiymətləndirilməsi

20.Tələbənin biliyinin yenidən qiymətləndirilməsini tələb etmək hüququ vardır.
Tələbənin biliyinin yenidən qiymətləndirilməsi və imtahan zamanı baş verə biləcək mübahisələrin aradan qaldırılması üçün təhsil müəssisəsinin rəhbərinin əmri ilə imtahan sessiyası başlananadək tərkibi 5 nəfərdən az olmamaq şərti ilə təcrübəli mütəxəssislərdən Apellyasiya Komissiyası yaradılır.
21.Apellyasiya Komissiyasının ilk iclasında Komissiyanın sədri və katibi seçilir. Apellyasiya Komissiyasının iclası üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Apellyasiya Komissiyasının qərarı açıq səsvermə yolu ilə qəbul edilir. İclasda iştirak edənlərin 50 faizindən çoxu lehinə səs verdikdə, qərar qəbul edilmiş hesab edilir. Əgər səslər bərabər olarsa, sədrin səsi həlledici sayılır. Komissiyanın sədrinə hər bir mübahisə halı üçün ayrı-ayrı fənlər üzrə mütəxəssisləri öz işinə cəlb etmək səlahiyyəti verilir. Apellyasiya Komissiyasının iclasları protokollaşdırılır və onun sədr və katibi tərəfindən imzalanır.
22.Apellyasiya Komissiyasının üzvləri təhsil müəssisəsində çalışan təcrübəli pedaqoji heyətindən seçilirlər.Tələbə ona verilən qiymətlə razı olmadığı halda, imtahanın nəticələri elan edildiyi gündən etibarən 3 (üç) iş günü müddətində Apellyasiya Komissiyasının sədrinə ərizə ilə müraciət edir.
23.Apellyasiya Komissiyasına ilkin yoxlamanın nəticələrinə düzəliş etmək səlahiyyəti verilir və onun qərarı tələbənin biliyinin yenidən qiymətləndirilməsi üçün əsas sayılır. Apellyasiya Komissiyası tələbənin imtahan nəticələrinin yenidən yoxlanılmasını təşkil edir, tələbənin qiymətində düzəliş aparılması zərurəti yarandığı halda, müvafiq qərar qəbul edir və orta ixtisas təhsil müəssisəsinin rəhbərliyinə təqdim edir.Tələbənin qiymətində dəyişiklik edilməsi barədə Apellyasiya Komissiyasının qərarı ilə aidiyyəti şöbə tələbənin qiymətində düzəliş aparır.

Təhsilalanların yekun attestasiyasının aparılması QAYDALARI

1.Təhsil proqramının mənimsənilmə səviyyəsini müəyyənləşdirmək, məzuna müvafiq ixtisas dərəcəsi vermək məqsədi ilə tələbələrin yekun attestasiyası həyata keçirilir.
2.Təhsil proqramının bütün şərtlərini yerinə yetirmiş və tədris planında nəzərdə tutulmuş bütün fənlər və təcrübələr üzrə müəyyən olunmuş kreditləri qazanmış tələbələr yekun attestasiyaya buraxılırlar.
3.Yekun attestasiya ayrı-ayrı ixtisaslar üzrə yekun Dövlət Attestasiya Komissiyası DAK tərəfindən aparılır.DAK-ın sədri vəzifəsinə namizədlər kollecdə işləməyən yüksək ixtisaslı mütəxəssislərin sırasından təqdim olunur.
4.DAK-ın sədrləri Səhiyyə Nazirliyi tərəfindən təyin olunurlar. DAK-ın sədrləri ardıcıl olaraq 2 (iki) ildən çox olmamaq şərti ilə təhsil müəssisəsinin təqdimatı əsasında təyin olunurlar.
5.DAK fəaliyyətini Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış təlimat əsasında həyata keçirir.Kollecdə yekun attestasiya buraxılış yekun dövlət imtahanı şəklində keçirilir.
6.DAK-ın üzvlüyünəkollecin, eləcə də müvafiq idarə və müəssisələrdən dəvət olunmuş mütəxəssislərlə yanaşı, başqa təhsil müəssisələrinin də təcürbəli müəllimləri cəlb oluna bilər. DAK-ın tərkibi kollecin direktoru tərəfindən əmrləşdirilir.
7.DAK-ın səlahiyyət müddəti 1 (bir) təqvim ilidir.Yekun attestasiya zamanı tələbənin toplaya biləcəyi balların maksimum miqdarı 100-ə bərabərdir. Bu balların hesablanması meyarları və qaydası normativ təhsil müddətində sonuncu semestr başlayandan 15 (on beş) gün müddətində təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilərək elan olunur.
8.Yekun attestasiya haqqında qərarlar DAK üzvlərinin 2/3 hissəsi iştirak etdikdə, sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda sədrin səsi həlledici sayılır.
9.Yekun attestasiyada tələbənin biliyi bu qaydaların 2.18-ci bəndinə müvafiq olaraq qiymətləndirilir və həmin gün nəticələr tələbələrə elan olunur.
10.DAK-ın qərarı əsasında məzunlara müvafiq ixtisas üzrə subbabakalvr peşə-ixtisas dərəcəsi və orta ixtisas təhsili haqqında diplom verilir. Diploma əlavədə təhsil proqramında nəzərdə tutulan fənlər üzrə tələbənin topladığı ballar, təcrübələrin və yekun attestasiyanın nəticələri və ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yazılır. Diplomun və diploma əlavənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydaları”na əsasən müəyyənləşdirilir.
11.Yekun attestasiyada üzrlü səbəbdən iştirak etməyən tələbəyə ödənişsiz qaydada bir dəfə yenidən attestasiyada iştirak etmək imkanı yaradılır.
12.Müxtəlif səbəblərdən yekun attestasiyada iştirak etməyən və ya qeyri-kafi qiymət alanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası”na əsasən arayış verilir və onlar bu qaydaya uyğun olaraq təhsil müəssisəsinin müəyyən etdiyi vaxtlarda həmin təqvim ilində və ya növbəti 3 (üç) təqvim ili (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) müddətində keçirilən yekun attestasiyada hər ildə iki dəfə olmaqla iştirak edə bilərlər. Bu zaman tələbənin ödənişinin məbləği ixtisas üzrə attestasiya aparılan il üçün müəyyən olunmuş təhsil haqqını 60-a bölərək alınan nəticəni yekun attestasiyaya ayrılan kreditlərin sayına vurmaqla müəyyənləşdirilir. Həmin müddətdə yekun attestasiya aparılan ixtisas üzrə buraxılış olmadığı halda, məbləğ ona yaxın ixtisasa görə təhsil müəssisəsi tərəfindən müəyyən olunur. Tələbə təhsil müəssisəsini bitirmək üçün ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) yekun attestasiyada iştirak etmədikdə və ya attestasiyadan keçmədikdə o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir və təhsil müəssisəsinə bərpa olunaraq mövcud qaydalara əsasən həmin kreditləri yenidən yığmalıdır.
13.DAK sədrləri hər il komissiyanin fəaliyyəti haqqında təhsil müəssisəsinə hesabat (hesabatlar) verir. Bu hesabat (hesabatlar) yekun attestasiya başa çatdıqdan sonra 3 (üç) ay müddətindən gec olmayaraq, təhsil müəssisəsinin təsisçisinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim edilir.

Yay semestri aşağdakı məqsədlərlə təşkil olunur

1.Akademik borcların ləğv edilməsi
2.Fənnlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və orta ixtisas təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması.
3.Müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi.
4.Orta ixtisas təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənnlər üzrə digər orta ixtisas təhsil müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.

YAY SEMESTRİNİN TƏŞKİLİ

1.Yay semestrin yaz semestri başa çatdıqdan sonra təşkil olunur və onun başlanma müddəti orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən edilir. Yay semestrinin müddəti 6 həftədir. Imtahan müddəti 1 həftədən artıq olmamaqla, yay semestrinin sonunçu həftəsində təşkil edilir.
2.Yay semestrində tələbənin götürdüyü fənnlərin krediti 9-dan artıq olmamalıdır.
3.Yay semestiri və imtahanlar növbəti semestrinin başlanmasına 2 həftə qalana qədər çatdırılır.
4.Yay sememstrindən üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər 1 dəfə imtahan təşkil olunur.
5.Tələbə yay semestrində iştirakından aslı olmayaraq, payız semestri üçün öz fərdi tədris planını iyulun 5-dən 15-dək şöbəyə təqdim etməlidir və o , bu qaydaları 1-ci bəndində göstərilən müddətdə öz fərdi tədris planında müvafiq dəyişikliklər edə bilər.
6.Müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək üçün tələbəyə yenidən imtahan verməyə icazə verilmir, lakin o, qiymətini yüksəltmək üçün yay semestrində həmin fənni yenidən dinləməklə imtahan verə bilər. Tələbə öz məqsədinə nail olmadığı halda onun əvvəl topladığı bal qüvvədə qalır
7.Bu Qaydaların 4-cü bəndinin tələblərinə uyğun olaraq, imtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizdən çoxunda iştirak etdiyi halda o, həmin fənni (fənləri) yay semestrində təkrar götürmək hüququna malikdir.
8.Orta ixtisas təhsili müəssisələrində yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir.
9.Yay semestrində tələbənin fənn üzrə kreditin ödənişinin məbləği illik təhsil haqqını 60-a bölünərək alınan nəticəni kreditin sayına vurmaqla müəyyən edilir.
10.Kollecdə yay semestrinin təşkili ilə bağlı bütün xərclərin maliyyələşdirilməsi həmin semestrdə iştirak edən tələbələrin ödədikləri vəsait hesabına həyata keçrilir.
11.Yay semestrində fənn üzrə qrupda tələbələrin sayını kollecin müəssisəsi maliyyə imkanlarını nəzərə alaraq müəyyənləşdirilir.
12.Yay semestrinə müəllimlər könüllü olaraq cəlb olunurlar.Bu zaman müəllimin fəaliyyətinin ödəniş məbləği saathesabı qaydada həyata keçrilir.Bundan əlavə müəllimlərə fənn üzrə qrupdan əldə olunan vəsaitin hesabına əlavə ödəniş verilir.Həmin ödənişin məbləği orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyənləşdirilir.
13.Yay semestrində əldə olunan vəsaitdən bu Qaydaların 12-ci bəndində göstərilənlər istisna olmaqla,direktorun əmri ilə bu işə cəlb olunan digər əməkdaşların əməkhaqları ödənəlir.Həmin ödənişin məbləği orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyənləşdirilir.


Qiymətləndirmə və monitorinq bölməsinin fəaliyyəti təhsil prosesində təhsilalanların əldə etdikləri nəticələrin monitorinqi, qiymətləndirməsi məqsədini daşıyıraq kredit sistemi ilə tədrisin təşkili prinsiplərinə əsaslanır;
   təhsilalanların müvəffəqiyyət göstəricilərinin qeydiyyatinin aparır;
   tyutorlarla mütəmadi və əlaqəli fəaliyyət göstərir;
   təhsilalanlarların hüquqlarının və akademik maraqlarının qorunması istiqamətində iş aparır;
   tələbələrin fərdi tədris planlarının tərtibinə, tədris planlarında nəzərdə tutulmuş akademik yükün yerinə yetirilməsinə nəzarət edir;
   akademik borcu olan tələbələrin müvafiq fənlərdən dinləmədə iştirakının təmin edilməsi üçün dinləmə cədvəlləri tərtib edir;
   kollokvium cədvəllərinə əsasən kollokviumların gedişatının və qiymətləndirilməsinin monitorinqi aparır;
   Payız və Yaz imtahan sessiyalarında imtahanların gedişatının və nəticələrinin monitorinqi aparır;
   tələbələrin aralıq və cari qiymətləndirilmə göstəricilərini əks etdirən sənədləri yoxlayır;
  hər imtahan sessiyasının sonunda dinləmədə və təkrar imtahanlarda iştirak edən tələbələrin müvəffəqiyyət göstəriciləri barədə məlumat hazırlayır;
   imtahan sessiyasının sonunda şöbələr tərəfindən təqdim olunmuş hesabata və imtahan nəticələrinə əsasən akademik borcu yaranmış tələbələrin siyahısını tərtib edir;
 Ali və orta ixtisas Təhsil müəssisələrinin İnformasiya Sisteminə (ATİS) təhsilalanların aralıq və cari qiymətləndirmə məlumatlarını, davamiyyət göstəricilərini, hər ixtisasın tədris planına uyğun fənləri daxil edir;
  buraxılış kurslarının müvəffəqiyyət göstəricilərini əks etdirən bütün sənədlər əsasında şöbələr tərəfindən hazırlanmış elektron məlumat cədvəllərini və yekun ÜOMG-ni yoxlayır.


Kollokvium

   Orta ixtisas təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il tarixli 354 saylı qərarına əlavə olunan akademik təqvim nümunə 1-ə əsasən hər ayın 15-də kollokviumların keşirilməsi zəruridir. Seminar (məşğələ) dərslərində tələbənin jurnalda ən azı 3 (üç) dəfə qiyməti (kollokviumlar, frontal sorğular, praktiki məsələnin həlli və s.-dən) olduğu halda ona tədrisin bu növü üzrə ballar hesablanır. Əks təqdirdə ona bal ayrılmır. Semestr ərzində 2 dəfə kollokviumların (hər biri ən azı 10 bal) keçirilməsi məcburidir. Kollokviumda iştirak etməyən tələbəyə «0» sıfır bal yazılır. Seminar (məşğələ) dərslərinə görə tələbələrin biliyinin qiymətləndirilməsi semestr ərzində aparılan frontal sorğuların, kollokviumların və.s nəticələrinə görə müəllim tərəfindən müəyyənləşdirilir və jurnalda qeyd olunur. Kollokviumlardan alınan ballar yekunda toplanır.


Şəki Heydər Əliyev Mərkəzində gənclərin intellektual səviyyəsini yüksəltmək məqsədilə şahmat klubu yaradılmışdır. Burada təşkil olunan şahmat dərnəyində tədris birinci dərəcəli idman ustası Babayeva Pərvanə Şahid qızı tərəfindən,həftənin 1-ci və 3-cü günləri tədris olunur. 10 yerlik şahmat otağında tədris zamanı nəşri vəsaitlərlə yanaşı elektron resurslardan da istifadə olunur.


KOLLECDƏ YARADILMIŞ TƏDRİS ŞƏRAİTİ




001002003
fondsehiyye1edudim1

VKkj

 


f01   i01   y01   m01