TİBB BACISININ İŞİ – 040417

İxtisas xasiyyətnaməsi

   Tibb bacısı müalicə profilaktika müəssisələrində, evdə xəstə, qoca və uşaqlara müvafiq tibbi xidmət göstərməyi, manipulyasion texnikanı. həkiməqədər təxirəsalınmaz yardım  göstərməyi, reanimasiya tədbirlərini, mürəkkəb cərrahi əməliyyatlarda assistent olmağı, müalicə-diaqnostik əməliyyatlara xəstəni və tibbi alətləri hazırlamağı, aseptika və antiseptika qaydalarına riayət etməyi, laborator müayinə olunacaq materialların yığılmasının təşkilini, qanın və sidiyin sadə müayinələrini bacarmalıdır.Xəstəyə qulluqda lazım olan əşyaların sterilizə olunmasını, təsdiq olunmuş tibbi sənədlərin yazılmasını, səhiyyə müəssisələrinin fəaliyyətinin statistik göstəricilərini, təhlil və hesablamanı, əhali arasında sağlam həyat tərzinin formalaşmasına yönəldilmiş və xəstəliklərin orofilaktikasına aid sanitar-maarifi işini aparmağı, tibbi etika və deontologiya prinsiplərini bilməlidir.

Tədris olunan fənlər:

  • Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
  • Azərbaycan tarixi
  • İngilis dilində işgüzar və akademik kommunikasiya
  • Seçmə dərslər (İnformasiya texnologiyaları və Hüququn əsasları)
  • Farmakologiya reseptura ilə
  • İnsanın normal anatomiya və fiziologiyası
  • Tibb bacısının işinin əsasları və tibbi deontalogiya
  • İctimai saglamliq və gigiyena
  • Daxili xəstəliklərdə tibb bacıliğı
  • Cərrahi xəstəliklər tibb bacıliğı
  • Pediatriyada tibb bacıliğı
  • Mamalıq və ginekologiyada tibb bacıliğı
  • Yoluxucu xəstəliklərdə tibb bacılığı
  • Sinir-ruhi xəstəliklərində tibb bacıliğı
  • Patologiya
  • Reanimatologiya tibb bacıliğı
  • Diş və ağız boşluğu xəstəlikləri 
  • Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
  • Tibbi mikrobiologiya
  • Tibbi biokimiya
  • Ailə təbabətində tibb bacılığı
  • Dermatovenerologiya
  • Epidemiologiya və biostatistika
  • Fizioterapiya və reabilitasiya
  • Seçmə fənn (Parazitologiya)
  • Onkologiyada tibb bacılığı

MAMALIQ İŞİ - 040706

İxtisas xasiyyətnaməsi

   Mama doğum evlərində, mama-ginekoloji məsləhətxanalarda hamilə qadınlara : hamiləlik dövründə, doğuş zamanı və doğuşdan sonraki dövrlərdə kömək göstərməyi bacarmalıdır. Mama qadına və onun ailəsinə həyatlarının müxtəlif dövrlərində müalicə profilaktik kömək göstərir.Mama hamilə qadınların, doğan, zahı qadın və yeni doğuşların müayinədən keçmələrini nəzarətdə saxlayır. Ailəyə məsləhətlər verir və kömək göstərir. Mama ginekoloji patologiyalar zamanı təxirəsalınmaz yardım və qulluq göstərir. Mama qadına və onun ailəsinə məsləhətçi, koməkçi rolunu oynayır. Mama müəssisələrdə sanitar gigiyenik, əks epidemioloji rejimi, qadın orqanizminin anatomik-fizioloji quruluşunu, aybaşı tsiklini, hamiləliyi təyin etməyi, normal doğuşun dövründə idarə olunmasını: doğuş zamanı və erkən zahılıq dövründə itirilən qanın miqdarını təyin etməyi, sərbəst doğuş tutmağı, ginekoloji şöbədə və ginekoloji kabinetlərdə işləyən tibb bacılarının iş prinsipini, ginekoloji əməliyyatlarda ağrısızlaşdırma metodlarını bilməlidir. 

Tədris olunan fənlər:

  • Azərbaycan dilində işgüzar və akademik kommunikasiyalar
  • Azərbaycan tarixi
  • Ingilis dilində işgüzar və akademik kommunikasiyalar
  • Seçmə dərslər (Hüququn əsasları, İnformasiya texnologiyaları)
  • Farmakologiya və reseptura
  • Anatomiya, fiziologiya və patologiya
  • Daxili xəstəliklər
  • Mamalıq
  • Ginekologiya
  • Ümumi cərrahiyyə
  • Sinir-ruhi xəstəliklər
  • Tibb bacısının işi və tibbi deontologiya
  • Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
  • Tibbi mikrobiologiya
  • İctimai sağlamlıq və gigiyena
  • Tibbi genetİka
  • Patalogiya
  • Tibbi biokimya
  • Reproduktiv sağlamlıq və ailə planlaşdırılması
  • Mamalıq və ginekalogiyada təxirəsalınmaz yardım
  • Ailə təbabət

Hazırlanır...

ƏSASNAMƏ

  1. Ümumi müddəalar

1.1. Ali və ya orta ixtisas təhsili müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı (bundan sonra “Təşkilat”) tələbələrin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq onların hüquq və maraqlarının müdafiəsini, intellektual inkişafını, asudə vaxtının səmərəli keçirilməsinin təşkilini təmin etmək, onların təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədi ilə təsis edilir.

1.2. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə, ali və ya orta ixtisas təhsili müəssisəsinin nizamnaməsinə və bu Əsasnaməyə uyğun olaraq

fəaliyyət göstərir.

1.3. Təşkilat təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökumət və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Təşkilat ali və ya orta ixtisas təhsili müəssisəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nəzdində fəaliyyət göstərən müstəqil tələbə gənclər təşkilatıdır.

  1. Təşkilatın əsas məqsəd və vəzifələri

2.1. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

2.2. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:

2.2.1. tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi;

2.2.2. tələbələrin problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;

2.2.3. tələbələr arasında maarifləndirmə işinin aparılması;

2.2.4. tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;

2.2.5. respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda və digər tədbirlərdə istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;

2.2.6. tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;

2.2.7. tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının,

müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin və digər tədbirlərin təşkil edilməsi;

2.2.8. tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;

2.2.9. tələbələrin maraq və meyillərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların və digər xidmətlərin təşkil edilməsi;

2.2.10. tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və ya orta ixtisas təhsili müəssisəsinin rəhbərliyi qarşısında vəsatətin qaldırılması;

2.2.11. təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı və sair barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;

2.2.12. qanunvericiliklə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.

III. Tələbələrin Təşkilatda iştirakı

3.1. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələləri təhsil aldıqları müəssisə üzrə Təşkilatın fəaliyyətində iştirak etməkdə bərabərhüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər:

3.1.1. Təşkilatın hər hansı seçkili orqanını seçmək, təhsilinin axırıncı ilində olan tələbələr istisna olmaqla, seçilmək;

3.1.2. öz hüquqlarının müdafiəsinə kömək göstərilməsi üçün Təşkilata müraciət etmək;

3.1.3. Təşkilatın fəaliyyəti ilə bağlı məlumat əldə etmək;

3.1.4. Təşkilatın təşkil etdiyi tədbirlərdə iştirak etmək;

3.1.5. müxtəlif layihə təklifləri ilə çıxış etmək;

3.1.6. Təşkilatın nəzdində klub yaratmaq.

  1. Təşkilatın İdarə Heyəti

4.1. Təşkilatın İdarə Heyəti onun fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirən kollegial orqandır.

4.2. İdarə Heyətinin tərkibi aşağıdakı qaydada müəyyən edilir:

4.2.1. Təşkilatın sədri və onun tələbələrlə iş, fəaliyyətlər və ictimaiyyətlə əlaqələr üzrə müavinləri;

4.2.2. fakültə sədrləri və onların müavinləri.

4.3. Təşkilatın nəzdində fəaliyyət göstərən klubların nümayəndələri İdarə Heyətində müşahidəçi qismində iştirak edə bilər.

4.4. Təşkilatın nəzdində fəaliyyət göstərən klubların nümayəndələri İdarə Heyətində müzakirəyə və səsverməyə qoymaq üçün mövzu təklifləri ilə çıxış edə bilər.

4.5. İdarə Heyəti 2 (iki) il müddətinə seçilir.

4.6. İdarə Heyətinin üzvlərinin fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:

4.6.1. təhsilini başa çatdırdıqda;

4.6.2. təhsilini Azərbaycanın digər ali və ya orta ixtisas təhsili müəssisəsində və ya Azərbaycanın hüdudlarından kənarda davam etdirdikdə;

4.6.3. səbəbsiz olaraq İdarə Heyətinin iclaslarında ardıcıl olaraq 3 (üç) dəfə iştirak etmədikdə;

4.6.4. öz istəyinə əsasən.

4.7. İdarə Heyətinin iclasları ayda 1 (bir) dəfədən az olmayaraq keçirilir və aşağıdakı səlahiyyətlərə malikdir:

4.7.1. Təşkilatın fəaliyyət planlarını və layihələrini təsdiq edir;

4.7.2. Təşkilatın daxilində klubların yaradılmasına dair qərar qəbul edir;

4.7.3. Digər təşkilati məsələlər üzrə qərarlar qəbul edir.

4.8. İdarə Heyətinin iclasları onun üzvlərinin yarıdan çoxu (50%+1) iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

4.9. İdarə Heyətinin növbədənkənar iclası İdarə Heyətinin üzvlərinin 2/3-nin tələbinə və ya Təşkilatın sədrinin qərarına əsasən çağırıla bilər.

4.10. İdarə Heyətinin fəaliyyətinə Təşkilatın sədri rəhbərlik edir.

4.11. Təşkilatın sədrinin aşağıdakı öhdəlikləri var:

4.11.1. Təşkilatın fəaliyyətinə rəhbərlik edir, icraedici və sərəncamverici funksiyalar daşıyır;

4.11.2. Təşkilatı təmsil edir və onun adından çıxış edir;

4.11.3. İdarə Heyətinin iclaslarına rəhbərlik edir;

4.11.4. İdarə Heyətinin qərarlarının icrasını təmin edir;

4.11.5. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və İdarə Heyəti tərəfindən üzərinə qoyulan digər funksiyaları həyata keçirir;

4.11.6. öz fəaliyyəti ilə bağlı tələbələr qarşısında hesabat verir.

4.12. Təşkilatın sədri olmadıqda onun səlahiyyətlərini müavinlərindən biri həyata keçirir.

  1. Klublar (Debat Kulubu)

5.13. Klubun fəaliyyətinə nəzarət Təşkilatın sədrinin fəaliyyətlər üzrə müavini tərəfindən aparılır.

6.4. Fakültə təşkilatının yuxarıda göstərilmiş struktur vahidlərinin nümayəndələrindən ibarət kollegial orqanı – İdarə Heyəti formalaşdırılır.

6.5. İdarə Heyəti fakültə təşkilatının fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir.

6.6. İdarə Heyətinin fəaliyyətinə fakültə sədri rəhbərlik edir.

6.7. İdarə Heyəti daxilində bütün qərarlar səsvermə ilə, sadə səs çoxluğu ilə qəbul edilir.

6.8. İdarə Heyətinin iclasları ayda 1 (bir) dəfədən az olmayaraq keçirilir.

VII. Seçki prosesi

7.1. Təhsilinin axırıncı ilində olan tələbələr istisna olmaqla hər bir tələbə təhsil aldığı müəssisənin Təşkilat sədrliyinə və ya sədr müavinliyinə namizədliyini irəli sürə bilər.

7.2. Təşkilat sədrliyinə irəli sürülmüş namizədlərə həmin təhsil müəssisəsinin hər bir tələbəsi səs verə bilər.

7.3. Təhsilinin axırıncı ilində olan tələbələr istisna olmaqla müvafiq fakültədə təhsil alan hər bir tələbə həmin fakültənin sədrliyinə və ya sədr müavinliyinə namizədliyini irəli sürə bilər.

7.4. Fakültə sədri yalnız həmin fakültənin tələbələri tərəfindən seçilə bilər.

7.5. Həm Təşkilat sədrliyinə, həm də fakültə sədrliyinə namizədlər öz müavinləri ilə birlikdə namizədliklərini irəli sürməlidirlər.

7.6. Seçki prosesinin mərhələləri və həmin mərhələlərin müddətləri aşağıdakı kimidir:

7.6.1. namizədlərin qəbulu – 1 həftə;

7.6.2. həmin namizədlərin müsahibə yolu ilə təsdiqi – 1 həftə;

7.6.3. təşviqat və debatlar – 10 gün;

7.6.4. seçki – 1 gün;

7.6.5. hesabat-seçki konfransı – 1 gün.

7.7. Təşkilat sədrinin və müavininin müsahibə mərhələsi üçün həmin təhsil müəssisəsinin rəhbərliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədrindən (və ya sədr səlahiyyətlərini icra edən şəxs) ibarət Müsahibə Komissiyası formalaşdırılır.

7.8. Fakültə sədrinin və müavininin müsahibə mərhələsi üçün həmin təhsil müəssisəsinin müvafiq dekanı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Baş katibindən ibarət Müsahibə Komissiyası formalaşdırılır.

7.9. Müsahibədə namizədin akademik davamiyyəti, akademik göstəriciləri, ictimai fəallığı, siyasi fəaliyyətlə məşğul olub-olmaması (siyasi fəaliyyəti olmamalıdır) və təcrübəsi nəzərə alınır.

7.10. Seçki bülleten vasitəsilə aparılır.

7.11. Hər bir fakültə üzrə seçki məntəqəsi yaradılır.

7.12. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Katiblik nümayəndələrindən və üzv Təşkilatların İdarə Heyətlərinin üzvlərindən ibarət Seçki Komissiyası formalaşdırılır.

7.13. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına üzv olan Təşkilatların İdarə Heyətlərinin üzvləri müşahidəçi qismində cəlb olunur.

7.14. Tələbələr seçkidən 1 həftə öncə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına müraciət etməklə müşahidəçi qismində cəlb oluna bilər.

7.15. Hesabat-seçki konfransında Təşkilatın keçmiş İdarə Heyəti hesabat təqdim edir, yeni İdarə Heyəti təqdim olunur və fəaliyyətə başlayır.

7.16. Həm Təşkilat sədri və müavini, həm də fakültə sədri və müavini vəzifəsinə bir namizəd 2 (iki) il müddətinə seçilir və 2 (iki) dəfədən artıq seçilə bilməz.

VIII. Təşkilatın fəaliyyətinə nəzarət

8.1. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı gündəlik və həftəlik hesabatlar, ziyarətlər vasitəsilə Təşkilatın fəaliyyətinə nəzarət edir.

8.2. Təşkilat fəaliyyətində nöqsanlara yol verdikdə Azərbaycan Tələbə Gənclər

Təşkilatları İttifaqı Təşkilat sədrinə:

8.2.1. yazılı xəbərdarlıq;

8.2.2. töhmət;

8.2.3. şiddətli töhmət verə bilər.

8.3. Şiddətli töhmətdən sonra 1 ay sınaq müddəti müəyyən olunur.

8.4. Bu müddət ərzində nöqsanlar aradan qaldırılmadığı təqdirdə Təşkilatın sədri vəzifəsindən azad olunur.

8.5. Təşkilat təhsil müəssisəsindən kənar bütün fəaliyyətləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə razılaşdırmalıdır.

  1. Təşkilatın əmlakı və fəaliyyətinin təşkili

9.1. Təşkilatın fəaliyyət göstərməsi üçün ali və ya orta ixtisas təhsili müəssisəsinin ayırdığı sahə (otaq) və texniki avadanlıq şərti olaraq Təşkilatın əmlakı hesab edilir.

9.2. Təşkilatın fəaliyyəti ali və ya orta ixtisas təhsili müəssisəsinin ayırdığı maliyyə vəsaitləri, həmçinin qrantlar, sponsorlar, könüllü ianələr və qanunla qadağan olunmamış digər mənbələr hesabına həyata keçirilir.

  1. Təşkilatın fəaliyyətinə xitam verilməsi

10.1. Təşkilatın fəaliyyətinə Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin müvafiq qərarı ilə xitam verilir.

10.2. Təşkilatın fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

  1. Yekun müddəalar

11.1. Bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.

11.2. Gələcəkdə bu Əsasnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.

  Təlim tərbiyə prosesini təkmilləşdirmək, onu müasir dövrün tələblərinə uyğun qurulmasını təmin etmək məqsədilə müəllimlərə metodiki tövsiyələr verilmiş, onun yerinə yetirilməsinə nəzarət olunmuşdur.
    2022/2023-cü dərs ilində ümumtibbi və kliniki fənlər üzrə 24 dəfə açıq dərslər keçirilmişdir. Dərslərin keçirilməsi müəllimlər tərəfindən təhlil edilmiş, dərsin aparılmasında yol verilən nöqsanlar müəllimlərin nəzərinə çatdırılmış, onu aradan qaldırmaq üçün onlara metodiki tövsiyələr verilmişdir. 21 dəfə dərslərdə qarşılıqlı iştirak etmə keçirilmişdir.
  Fənn komissiyası tərəfindən təşkil olunan fənn müəllimlərinin bir-birinin dərslərində qarşılıqlı iştirak etmələri təlimin səviyyəsinin artırılmasına müsbət təsir göstərmişdir. Dərs ili ərzində müəllimlər tərəfindən 13 metodiki işləmə hazırlanmışdır, yoxlama yazı işləri tədris planına uyğun verilmiş fənlər üzrə aparılmışdır.

Göstəricilər

Sayı

1.

Fənn komissiyası

2

2.

Açıq dərs keçirilib

24

3.

Dərslərdə qarşılırqlı iştirak etmə

21

4.

Metodiki işləmə hazırlanıb

13

5.

Kollekvium keçirilib

543

6.

Dərslərdə iştirak edib

71


Kollecdə umumtibbi və klinik fənn komissiyaları fəaliyyət göstərir. Komissiyaların tərkibində fənn birləşmə sədrləri və təcrübəli müəllimlər fəaliyyət göstərir.Fənn komissiyaları iş planını və görülmüş işlərin icra vəziyyətini müəyyən edir,qabaqcıl pedoqoji təcrübəni öyrənir ümumiləşdirir, onların yayılmasına dair təkliflər verir. Fənn komissiyaları fənn proqramlarını müzakirə edir, tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq tövsiyyələr hazırlayır, konfranslar, seminarlar və bilik olimpiadalarının keçirilməsini təşkil edir.
Fənn komissiyalarının vəzifələri:
Tələbələrin bilik səviyyəsini artırmaq üçün təhsilin bütün mərhələlərində tədrisin keyfiyyətini yüksəltmək məqsədilə müvafiq təkliflər hazırlayır;
qabaqcıl təcrübəni öyrənir, ümumiləşdirir və yayılmasını təşkil edir;
kollecdə çalışan müəllimlərin təkmilləşdirilməsi məqsədilə sistematik olaraq kurslara göndərilmələrini təşkil edir;
kollecdə seminar-məşğələlər, elmi-təcrübi konfranslar, tələbələr arasında kolleclərarası və kollecdaxili bilik olimpiadalarının keçirilməsini təşkil edir.
Fənn komissiyaları görülən işlər:
Kollecin kitabxanası hər il yenilənir, mövzulara aid prezentasiyalar hazırlanır;
Fənn birləşmə komissiyalarının iclaslarında klinik protokolların müzakirəsi aparılır;
Tədrisə aid aktual məsələlər Fənn komissiyalarının iclaslarında müzakirə olunur;
Hər il cədvəl üzrə nəzərdə tutulmuş elmi-təcrübi konfranslar, seminarlar, olimpiadalar və bilik yarışmalarının keçirilməsi təşkil olunur; 

   Kollec iki uyğulaşdırılmış binada yerləşir. Kollecin istifadə olunan ümumi sahəsi 2415 kv.m-dir.
   Bundan 535 kv.m-ni nəzəri və təcrübi dərslərin aparılması üçün sinif otaqları və laboratoriyalar, 52 kv.m-ni  kitabxana, 56 kv.m-ni bufet, 108 kv.m-ni akt zalı, 12 kv.m-ni kompyuter otağı, 72 kv.m-ni idman zalı, 23 kv.m-ni qarderob, qalan hissəsini inzibati otaqlar və həyətyanı sahə təşkil edir.
   Kollecdə tələbələrin və təkmilləşdirmə kursu dinləyiciləri üçün nəzəri dərslərini keçmək üçün 18 fənn kabinəsi, təcrübi dərsləri keçirmək üçün xəstəyə qulluq, terapiya, cərrahiyyə, pediatriya fənləri üzrə klinikaya qədər kabinə, kompyüter otağı vardır.
   Bundan başqa kollecdə mədəni-kütləvi tədbirləri keçirmək üçün akt zalı, yardımçı otaqlar vardır. Kollecdə kargüzarlıq işinin aparılması internet şəbəkəsi vasitəsi ilə həyata keçirilmişdir.

Cədvəl 1.

 

Göstəricilərin adı

Tədris

sahəsi

Yardımçı otaqların sahəsi

Təlimlə əlaqədar istifadə olunan sahə

535 kv.m

15 kv.m

 

Cədvəl 2.

Göstəricilərin adı

Faktiki

Kabinə və laboratoriya

18

Kitabxana

1

Oxu zalı

1

Akt zalı

1

H.Əliyev guşəsi

1

Kompyüter otağı

1

   Kollecdə tələbələrin istifadəsində olan kitabxananın sahəsi 52 kv.metrə qədərdir. Orada tələbələrin dərslərə hazırlaşmaları üçün şərait yaradılmışdır. Kitabxanada həm tibbi, həm də bədii ədəbiyyatın ümumi fondu 11610 nüsxədir. 6521 nüsxəsi tibbi, 4501 nüsxə bədii ədəbiyyat,  324 nüsxə jurnal vardır.
   2022/2023-cü tədris ilində yeni qəbul olunmuş tələbələrlə tədris yeni tədris planlarına uyğun olaraq kredit sistemi ilə tədris planlarına uyğun şəkildə aparılmışdır. Tədris ili ərzində tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə həm nəzəri, həm də təcrübi dərs saatları tam yerinə yetirilmişdir.

   Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Tibb kollecində tədris prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət standartları və proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarına uyğun olaraq təşkil olunur.
   Tədrisin təşkili direktor, direktor müavini və müvafiq qurumlar tərəfindən tənzimlənir:
   Azərbaycan Respublikasında “Orta ixtisas təhsilinin inkişaf proqramı”ndan irəli gələn vəzifələr həyata keçirilir;
   İxtisaslı kadr hazırlığı ilə yanaşı tələbələrin şəxsiyyət kimi formalaşması istiqamətində işlər aparılır;
   Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və digər təşkilat və orqanlardan daxil olmuş tədrislə bağlı əsasnamə, təlimat, məktub, rəhbər əmrlər və digər sənədlər icraata qəbul edilir və onların icrasına nəzarət edilir;
   Təhsildə islahat proqramlarından, informasiya-kommunikasiya texnologiyaları strategiyasından irəli gələn təhsilin dünya standartlarına uyğunlaşdırılması həyata keçirilir;
   Tədris-təcrübə prosesində mühazirə və təcrübə dərsləri vahid şəkildə təşkil edilir;
 Təlimə aid olan yeniliklər (Microsoft Teams, ZOOM Cloud Meetings və WhatsApp platformalar, interaktiv lövhə, prezentasiyalar) dərs prosesinə daxil edilir;
   Tədrisin keyfiyyətinə nəzarət edilir. Açıq dərslər keçirilir və onlar geniş müzakirə edilir;
   Tələbələr arasında müsabiqə, bilik olimpiadaları və elmi konfranslar keçirilir;
   Müəllimlərin qabaqcıl təcrübələri gənc kadrların arasında yayılır;
   Tədris prosesinin təşkili, davamlılığı və effektivliyi təmin edilir.
   Tədris standartlarına uyğun olaraq proqramlar və tədris planları tərtib edilir;
   İmtahan sessiyalarının və dövlət imtahanlarının keçirilməsi təşkil olunur;
   Tədrisə aid bütün sənədləşmənin aparılmasına nəzarət edilir.
   Şəki Tibb kollecində imtahan sessiyasının təşkili və aparılması Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq həyata keçirilir.
   İmtahanların aparılması yazılı qaydada həyata keçirilir. Hər bir biletdə 5 sual qoyulur və hər cavab 10 balla qiymətləndirilir. İmtahan sessiyası dövründə kollecin rəhbərliyi zəruriyyət yarandıqda tələbə, valideyn və ictimaiyyətin nümayəndələrini qəbul edir, təklif, problemlər və digər məsələlər obyektiv və operativ şəkildə öz həllini tapır.
  Tələbənin fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı semestr ərzindəki fəaliyyətə, digər yarısı isə imtahanın nəticələrinə görə toplanır.
   Balların maksimum miqdarı aşağıdakı kimi müəyyənləşdirilir:

  1. 10 bal tələbənin sərbəst işinə görə;
  2. 30 bal seminar (məşğələ) və ya laboratoriya dərslərinin nəticələrinə görə;
  3. 10 bal dərslərdə davamiyyətə görə.

   Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:

F-51 baldan aşağı “Qeyri-kafı”
E-51-60 bal “Qənaətbəxş”
D-61-70 bal “Kafi”
C-71-80 bal “Yaxşı”
B-81-90 bal “Çox yaxşı”
A-91-100 bal “Əla”

TƏCRÜBƏNİN MƏQSƏDİ

   Tədris prosesində nəzəri təlimdə öyrədilən bilikləri möhkəmləndirmək;
  Təcrübə dərslərində və istehsalat təcrübəsində tələbələrdə sərbəst işləmək bacarığı formalaşdırmaqla gələcək tibb işçisinin öz sənətinə qarşı maraq və sevgi yaratmaq, əmək intizamı və ixtisaslaşmış cavabdehlik yaratmaq;
   Təcrübə proqramlarının tələblərinə uyğun olaraq ixtisasları nəzərə almaqla stasionar şəraitdə təcrübi bacarıqların vərdiş kimi qavranılmasına şərait yaratmaq;
   Tələbələrdə pasientlərlə və işçi kollektivlə ünsiyyət qurmaq,sanitar-epidemioloji rejimə riayət etmək, iş növbəsini qəbul etmək və təhvil vermək və s. bacarıqları formalaşdırmaq;

    Təcrübə tədris təcrübə və istehsalat təcrübəsi olmaqla iki yerə bölünür:
   Tədris təcrübədə laboratoriyalarda, təcrübə kabinetlərində və klinikayaqədərki kabinetlərdə gələcək manipulyasiyalar və işin aparılması texnikası mulyaj üzərində əyani vəsaitlərdən istifadə etməklə tələbələrə öyrədilir.
   İstehsalat təcrübəsində isə tələbələr nəzəri təlimi bitirdikdən sonra təcrübə bazalarında ixtisaslarına uyğun olaraq müalicə-profilaktika müəssisələrində təcrübə keçirlər. Bu zaman təcrübə dərslərində öyrəndikləri bacarıqları möhkəmləndirmək üçün təkrar-təkrar işləyirlər ki, vərdiş əmələ gəlsin.
   Kliniki fənlərin təcrübə dərsləri və istehsalat təcrübəsi təcrübə bazalarında keçirilir.

   Təcrübəyə təcrübə rəhbəri nəzarət və rəhbərlik edir.

   Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən TƏBİB-lə razılaşdırılmış təcrübə bazalarının siyahısı göndərilir.Təcrübə bazalarının siyahısı hər 5 ildən bir yenilənir.İxtisaslarına uyğun olaraq bütün şöbələrin tələbələrinin təcrübə keçmələri üçün lazım olan bazalar həmin siyahıda öz əksini tapır. Baza kimi xəstəxanalar,doğum evləri, apteklər, GEM-ri nəzərdə tutulur. Tələbələr Müalicə-profilaktika müəssisələrinin rəhbərlərinin başçılığı altında yerlərdən təhkim olunmuş təcrübə rəhbərlərinin və kollec tərəfindən təyin olunmuş metodik rəhbərlərin nəzarəti ilə təcrübə keçirirlər.


Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında ƏSASNAMƏ

1.Bu Əsasnamə Azərbaycan Respublikasının Təhsil Qanununa, ali (orta ixtisas) təhsili müəssisələri haqqında Əsasnaməyə, Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyasına, müxtəlif istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil standartlarına, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq müddəalarına və digər normativ-hüquqi sənədlərə uyğun hazırlanmışdır.
2.Tələbələrin təcrübəsi müvafiq təhsil proqramlarının (ali, orta ixtisas) tərkib hissəsidir.
3.Təcrübənin təşkili, həcmi, məqsədi və keçirilmə müddəti mütəxəssis hazırlığı aparılan müvafiq istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil standartları ilə müəyyənləşdirilir.
4.Təhsil müəssisələri tələbələrin təcrübəsinin keçirilməsi məqsədi ilə ayrı-ayrı istiqamətlər (ixtisaslar) üzrə mütəxəssis hazırlığının xüsusiyyətlərini və bu Əsasnamənin tələblərini nəzərə alaraq, müvafiq tədris sənədlərini (tədris plan və proqramları) hazırlayır və təsdiq edir.
5.Tabeliyində təhsil müəssisələri olan nazirlik, komitə və təşkilatlar bu Əsasnaməyə uyğun olaraq, sahənin xüsusiyyətlərini nəzərə almaqla təcrübənin keçirilməsinə dair tövsiyələr hazırlaya bilər.

Təcrübələrin nəticələrinə görə balların hesablanması

1.Tədris planında nəzərdə tutulmuş təcrübənin nəticələrinə görə tələbənin toplayacağı baların maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı təcrübəyə davamiyyətinə görə, digər yarısı isə təcrübə üzrə hesabatın hazırlanması və müvafiq qaydada komissiya qarşısında müdafiyəsinə görə verilir.
2.Təcrübə davamiyyətə görə tələbənin topladığı yekun bal tələbənin təcrübədə iştirak etdiyi saatların miqdarına bölünməklə hesablanılır.
3.Təcrübə üzrə hesabatın tərtib olunub və qəbuluna görə tələbənin yekun balının hesablanması meyyarları və metodikası orta ixtisas məktəbinin Pedaqoji Şurası tərəfindən təstiq olunur.
Məsələn: Təcrübəci tələbə hər gün təcrübəyə gəlir 50 bal, + 4 sınaq (hər sınaq dərsi-1-10 balla qədər qiymətləndirilir) dərslərinə görə hər dərsdə 7 bal alarsa =28, hesabata və müsahidəyə görə 8 bal alarsa hesablanması belədir:
50+28+8=86    86 bal “çox yaxşı” sayılır, -B hərfi ilə işarə olunur.

Təcrübəçi tələbələrin təcrübə işlərinin yekun qiymətləndirm  meyarı

51 baldan aşağı ------- qeyri- kafi - F
51- 60 bal -------------- qənaətbəxş - E
61- 70 bal ---------------kafi - D
71- 80 bal -------------- yaxşı - C
81- 90 bal -------------- çox yaxşı - B
91- 100 bal ------------- əla - A   

Təcrübənin növləri və vəzifələri

1- tədris təcrübəsi;
2-istehsalat təcrübəsi, o cümlədən diplomqabağı təcrübə.
1.Tədris təcrübəsi mütəxəssis hazırlığının xüsusiyyətlərini nəzərə almaqla, təhsil müəssisələri tərəfindən dövlət təhsil standartlarına uyğun müəyyənləşdirilir
2.İstehsalat təcrübəsi bir qayda olaraq, peşə hazırlığı və diplomqabağı təcrübədən, magistr pilləsində isə elmi tədqiqat və elmi pedaqoji mərhələlərdən ibarət olur. Diplomqabağı təcrübə təlimin yekun mərhələsi olmaqla, bütün nəzəri dərslər və digər təcrübə növləri başa çatdıqdan sonra həyata keçirilir.

Təcrübənin əsas vəzifələri

1.Tələbənin orta ixtisas məktəbdə aldığı nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək;
2.Tələbələri ixtisasın profilindən və xüsusiyyətindən asılı olaraq, yeni texnologiyalarla, iş üsulları ilə, elmi-tədqiqatlarla və digər məsələlərlə tanış etmək;
3.Tələbələrdə işgüzarlıq, təşkilatçılıq və kommunikativ vərdişləri aşılamaq;
4.Tələbələrin kompüter texnologiyaları sahəsindəki biliklərini təkmilləşdirmək;
5.Pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək və təlim-tərbiyə işlərini yaradıcılıqla həyata keçirmək bacarığını inkişaf etdirmək.

Təcrübənin təşkili

1.Tədris təcrübəsi təhsil müəssisəsinin müvafiq struktur bölmələrində (laboratoriyalarda, təcrübə-sınaq və uçuş poliqonlarında, trenajorlarda, elmi-tədqiqat laboratoriyalarında, tədris emalatxanalarında və s.) keçirilir. İxtisasların xüsusiyyətlərindən asılı olaraq, zəruri hallarda tədris təcrübəsi istehsalatlarda və digər struktur bölmələrində keçirilə bilər.
2.İstehsalat, diplomqabağı təcrübə bir qayda olaraq, müəssisə, idarə və təşkilatlarda (bundan sonra- istehsalat müəssisələri) keçirilir.
3.Magistr pilləsində təhsil alanlar isə pedaqoji və elmi-tədqiqat təcrübələrini təhsil aldıqları ali məktəblərdə və respublikada fəaliyyət göstərən elmi-tədqiqat qurumlarında keçirlər.
4.İstehsalat təcrübəsi təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat müəssisələri dövlət və qeyri-dövlət ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin təcrübə keçmələri üçün təcrübə yerləri ayırmalıdırlar.

İstehsalat (pedaqoji) təcrübəsinin təşkili və keçirilməsi üçün tərəflərin aşağıdakı vəzifə və öhdəlikləri vardır:

1.Orta ixtisas təhsil müəssisəsi:
2.Hər təqvim ilinə müəssisələrlə müqavilə bağlayır, istehsalat (pedaqoji) təcrübəsinin proqram və qrafikini onlarla razılaşdırır;
3.Təcrübə bazasının profilini nəzərə almaqla, ixtisası uyğun gələn və kifayət qədər iş təcrübəsi olan professor-müəllim heyəti sırasından təcrübə rəhbəri təyin edir;
4.Təcrübə keçirilən müəssisəni, eləcə də tələbələri müvafiq proqramlarla təmin edir;
5.Təcrübənin müəyyən olunmuş müddətdə keçirilməsinə və məzmununa nəzarət edir;
6.Zəruri hallarda təcrübəyə göndərilən tələbələrin tibbi müayinədən keçməsini təşkil edir.

Istehsalat müəssisələri:

1.Tələbələrin təcrübəsini təşkil edir və keçirir;
2.Kifayət qədər təcrübəsi olan işçilər arasından təcrübə rəhbərini təyin edir;
3.Tələbələrə təcrübə proqramı əsasında təcrübə yerlərini müəyyən edir;
4.Tələbələrin texniki sənədlərdən və ədəbiyyatdan, kompüter və çoxaldıcı texnikadan istifadəsinə imkan yaradır;
5.Tələbələri əmək mühafizəsi və təhlükəsizlik, müəssisənin daxili nizam-intizam qaydaları üzrə müvafiq təlimatlarla təmin edir;
6.Təcrübə keçən tələbələri qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, vakansiya olduqda, müvafiq vəzifələrə təyin edə bilir;

7.Təcrübə müddətində istehsalat müəssisəsinin təqsiri üzündən baş verə biləcək bədbəxt hadisələrə cavabdehlik daşıyır.

8.Təcrübə rəhbərləri həm təhsil, həm də istehsalat müəssisəsinin işçilərindən təyin olunurlar. Tədris təcrübəsi fənnin davamı olduğu halda, bu təcrübəyə rəhbər kimi həmin fənni tədris edən müəllim təyin edilir.

9.Təhsil müəssisəsi tərəfindən təyin olunmuş rəhbərin tədris yükü müvafiq normalara uyğun müəyyən edilir.

               Təhsil müəssisəsi tərəfindən təyin olunan rəhbər

1.İstehsalatdan olan rəhbərlə birlikdə təcrübənin keçirilməsinə dair işçi proqramını hazırlayır;

2.Tələbələrin əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmələrinə cavabdehlik daşıyır;

3.Tələbələrə fərdi tapşırıqların, təcrübə mövzularının müəyyənləşdirilməsində və onların iş yerlərinə təhkim olunmasında iştirak edir;

4.Tələbələrə fərdi tapşırıqların yerinə yetirilməsində metodiki yardım göstərir və onlara buraxılış işi üçün lazım olan materialların toplanmasında kömək edir;

5.Tələbələrə təcrübə proqramının yerinə yetirilməsi barədə hesabat tərtib edilməsində metodiki yardım göstərir.

6.Təcrübə proqramının yerinə yetirilməsi üzrə nəticələr təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilmiş formada qiymətləndirilir.

7.Zəruri hallarda istehsalat təcrübəsi təhsil müəssisəsi yerləşən şəhərdən (rayondan) kənarda keçirilə bilər.

8.Yaş həddinə görə tələbələrin təcrübə müddətində həftəlik iş saatı Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəaları ilə tənzimlənir.

9.Təcrübə keçməsi barədə tələbənin hesabat forması və təcrübənin yekunlarına dair attestasiya forması təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.

10.Təcrübələrin yekunlarına görə alınan qeyri-müvəffəq qiymət akademik borc hesab edilir. Təcrübədə müxtəlif səbəblərdən iştirak etməyən və qeyri-müvəffəq qiymət alan tələbələr təkrarən təcrübədən keçməlidirlər.

11.Tələbələr təcrübə zamanı yarımqruplara bölünə bilər (10-12 nəfərə qədər). İxtisasın xüsusiyyətindən asılı olaraq (musiqi, incəsənət və s.), qrupdakı tələbələrin sayı 5-6 nəfər də müəyyənləşdirilə bilər.

                                    

                           Maddi təminat

  1. İstehsalat təcrübəsi müddətində təqaüd alan tələbələrin (təcrübə zamanı aldıqları əməkhaqqından asılı olmayaraq) təqaüdləri saxlanılır.

2.Orta ixtisas təhsili müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsaitlər hesabına həyata keçirirlər. Qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər.

3.Təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.

4.İstehsalat təcrübəsi təhsil müəssisəsinin özündə və ya onun yerləşdiyi şəhərdə (rayonda) olan müəssisədə keçirildiyi halda, tələbələrə gündəlik xərclər ödənilmir.

5.İstehsalat təcrübəsi təhsil məssisəsinin yerləşdiyi şəhərdən (rayondan) kənarda keçirildiyi halda, müəllimlərin və tələbələrin ezamiyyə xərcləri mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsi tərəfindən ödənilməlidir.

6.Təcrübə keçirilən ümumtəhsil məktəbinin işçilərinə pedaqoji təcrübəyə rəhbərlik üçün əməkhaqqı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq saathesabı tarif dərəcələri üzrə ödənilir.


KOLLECDƏ YARADILMIŞ TƏDRİS ŞƏRAİTİ




001002003
fondsehiyye1edudim1

VKkj

 


f01   i01   y01   m01