
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində 2025- ci il "Konstitusiya və Suverenlik ili" çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə şəhid və qazi övladları olmaqla 44 uşağın iştirakı ilə "Naxışı rənglərdən, suveren Vətən!" adlı əyləncəli tədbir təşkil olunub. Uşaqların böyük marağına səbəb olan tədbirə cizgi film qəhrəmanları rəng qatıb. Uşaqlar şeir deyib və rəqs ifa ediblər.
- Details
- Dərc edilib: 02 İyun 2025
- Oxunma sayı: 27

Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində 15 May Beynəlxalq Ailə Günü münasibətilə "Sağlam ailə sağlam cəmiyyətdir" adlı tədbir keçirilib. Kollecimizin əməkdar həkimi tələbələrə öz tövsiyələrini verərək, sağlam və möhkəm ailənin güclü cəmiyyətin əsasını təşkil etdiyini deyib.
- Details
- Dərc edilib: 22 May 2025
- Oxunma sayı: 21

Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində M.F.Axundzadə adına şəhər Mədəniyyət mərkəzinin tabeliyində fəaliyyət göstərən "Narınqala" şəhər Folklor evinin birgə təşkilatçılığı ilə hazırlanan 15 iyun Milli Qurtuluş Günü münasibətilə "Tarixi Qayıdış günü" adlı tədbir keçirilib. Tədbirdə kollecin kollektivi, tələbələri və folklor evinin əməkdaşları iştirak edib.
- Details
- Dərc edilib: 23 İyun 2025
- Oxunma sayı: 14

Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin təşkilatçılığı ilə 28 May Müstəqillik Günü ərəfəsində Azərbacanın ərazi bütövlüyü uğrunda canından keçmis qəhrəman oğullardan olan şəhid mayor Aqşin İsmayıl oğlu Abdullayevin anası Dursun Cavadova, şəhid mayor Xəyal Ağabəy oğlu Məmmədovun anası İlfat ana Məmmədova, şəhid Rahib Məmmədəmin oğlu Hacıismayılovun anası Tangiz Hacı-ismayılova və şəhid Nicat Məhərrəm oğlu İmamverdiyevin anası Çimnaz İsmayılzadə ilə birlikdə füsunkar təbiəti olan Qarabağımıza səfər təşkil olunub. Qarışıq duyğular yaşadığımız səfər hər kəsin xəyalında, qəlbində silinməz iz qoydu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət, ruhları şad olsun.
- Details
- Dərc edilib: 30 May 2025
- Oxunma sayı: 37

Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində 12 May Beynəlxalq Tibb Bacıları Günü münasibətilə iclas keçirilib. İclasda əvvəlcə günün mahiyyəti haqqında məlumat verilib, tibb bacılarının səhiyyə sistemindəki əvəzolunmaz rolu vurğulanıb. Kollecin rəhbəri çıxış edərək bildirib ki, bu şərəfli peşəni seçən hər bir tələbə gələcəkdə insanlara yardım etməklə cəmiyyətə böyük töhfə verəcək. Sonda tələbələrə təbriklər və təşəkkürlər bildirilib, sağlam və uğurlu gələcək üçün bu peşəyə layiq olmaları vurğulanıb.
- Details
- Dərc edilib: 16 May 2025
- Oxunma sayı: 34

Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində Məzun günü qeyd olunub. Tədbirdə kollecin kollektivi və valideynlər iştirak edib. Məzun olmaq keçmişin zəhmətinə verilən mükafat, gələcəyin isə ilk addımıdır. Uğur yolunuz daim aydın olsun.
- Details
- Dərc edilib: 11 İyun 2025
- Oxunma sayı: 14

Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin kollektivi Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının və Azərbaycan Respublikası Həmkarlar İttifaqı Respublika Komitəsi Səhiyyə işçilərinin təşkilatçılığı ilə 17 iyun Tibb işçilərinin Peşə bayramı gününə həsr olunan "Sağlamlığa doğru qaç!" yarışında iştirak ediblər.
18 may 2025-ci il tarixdə Şamaxı rayonunda keçirilən yarışda kollecimizin tələbəsi Musayev Əhməd Mübariz oğlu əzmlə yarışaraq rekord nəticə ilə l yerin qalibi olub.
- Details
- Dərc edilib: 22 May 2025
- Oxunma sayı: 29

Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində M.Axundzadə adına şəhər Mədəniyyət mərkəzinin tabeliyində fəaliyyət göstərən "Narınqala" şəhər Folklor evi ilə birgə hazırlanan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunan
"Milyonların sevgi ünvanı" adlı tədbir keçirilib.
Tədbirdə kollecin kollektivi, tələbələri və folklor evinin əməkdaşları iştirak edib.
- Details
- Dərc edilib: 16 May 2025
- Oxunma sayı: 30