- Details
- Dərc edilib: 16 May 2025
- Oxunma sayı: 33
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində 12 May Beynəlxalq Tibb Bacıları Günü münasibətilə iclas keçirilib. İclasda əvvəlcə günün mahiyyəti haqqında məlumat verilib, tibb bacılarının səhiyyə sistemindəki əvəzolunmaz rolu vurğulanıb. Kollecin rəhbəri çıxış edərək bildirib ki, bu şərəfli peşəni seçən hər bir tələbə gələcəkdə insanlara yardım etməklə cəmiyyətə böyük töhfə verəcək. Sonda tələbələrə təbriklər və təşəkkürlər bildirilib, sağlam və uğurlu gələcək üçün bu peşəyə layiq olmaları vurğulanıb.