asda sldjasdlk aj laj dalkdj aldkajsd dlkadj malkd jalsdjaslkdjasdlka jl

Hazırlanır...

ƏLAVƏ TƏHSİL

  Əlavə təhsili Ali, orta ixtisas və peşə təhsili pillələrini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaş ola bilər.
Əlavə təhsil almaq üçün aşağıda göstərilən sənədlər təqdim olunmalıdır:
Direktorun adına ərizə;
  Ali və ya orta ixtisas təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq olunmuş sənəd və onun surəti (4 ədəd)
  Qiymət kitabçasından çıxarışın (diploma əlavənin) notarial qaydada təsdiq olunmuş surəti (4 ədəd);
  gov.az portalından çıxarış;
  İş yeri varsa əmək kitabçasının surəti və ya iş yerindən arayış;
  Sağlamlıq haqqında arayış (forma 086);
  Yaşayış yerindən arayış;
  Şəxsiyyət vəsiqəsinin surəti (4 ədəd);
  3x4 sm ölçüdə fotoşəkil (4 ədəd);
  Attestat və onun surəti (1 ədəd).

Əlavə təhsil 2 ixtisas üzrə aparılır:

tibb bacısı (tibb qardaşı);
mama;

Əlavə təhsilin müddəti 3 ildir (əvvəl təhsil aldığı müəssisədəki kreditlər nəzərə alınır). Təhsilin forması əyanidir. Orta ixtisas təhsilini müvəffəqiyyətlə başa vuranlara subbakalavr dərəcəsi və orta ixtisas təhsil haqqında diplom verilir.

“Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə, müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarı aşağıda verilmiş əlavədən yükləyə bilərsiniz.

http://www.e-qanun.az/framework/20045

Əlavə təhsil “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə, müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərara əsasən keçirilir:

Tələb olunan sənədlərin siyahısı ilə kollecin instagram və facebook səhifələrində tanış ola bilərsiniz.

 

   2022/2023-cü dərs ilində tələbələrlə aparılacaq ideya-siyasi, mədəni-kütləvi, fiziki tərbiyə işlərinə dair dərs ilinin əvvəlində tədbirlər planı hazırlanmışdır. Tələbələrımız ictimai işlərdə fəal iştırak etmiş əlamətdar günlərlə əlaqədar müxtəlif mövzular, nəzəri konfrans və seminarlar, II Qarabağ müharibəsi qaziləri, şəhid ailələri ilə görüşlər  keçirilmişdir. Kollecin tələbə gənclər təşkilatı nəznində Debat klubu üzvləri respublika müsabiqəsində iştirak etmiş, mükafat qazanmışlar.
   Respublika Prezidentinin 2023-cü ili  “Heydər Əliyev” ili elan etməsi ilə əlaqədar ulu öndərin anadan olmasının 100 illiyi ilə  əlaqədar illik iş planı hazırlanmış və tədbirlər planında göstərilən tədbirlər ardıcıl surətdə həyata keçirilmişdir. Tələbələrimiz doğum günü ilə əlaqədar keçirilən rayon və respublika tədbirlərində fəal iştirak etmiş, mükafata layiq yerlər tutmuşlar.
   Bununla yanaşı tələbələr arasında xəstəliyin yoluxma yolları, müalicəsi haqda, tələbələrin xəstəlikdən qorunması üçün peyvəndin aparılması üçün maarifləndirici söhbətlər aparılmışdır. Rayon səviyyəsində keçirilən tədbirlərdə tələbələrin iştirakı təmin olunmuşdur.

Hazırlanır...

   Kollec iki uyğulaşdırılmış binada yerləşir. Kollecin istifadə olunan ümumi sahəsi 2415 kv.m-dir.
   Bundan 535 kv.m-ni nəzəri və təcrübi dərslərin aparılması üçün sinif otaqları və laboratoriyalar, 52 kv.m-ni  kitabxana, 56 kv.m-ni bufet, 108 kv.m-ni akt zalı, 12 kv.m-ni kompyuter otağı, 72 kv.m-ni idman zalı, 23 kv.m-ni qarderob, qalan hissəsini inzibati otaqlar və həyətyanı sahə təşkil edir.
   Kollecdə tələbələrin və təkmilləşdirmə kursu dinləyiciləri üçün nəzəri dərslərini keçmək üçün 18 fənn kabinəsi, təcrübi dərsləri keçirmək üçün xəstəyə qulluq, terapiya, cərrahiyyə, pediatriya fənləri üzrə klinikaya qədər kabinə, kompyüter otağı vardır.
   Bundan başqa kollecdə mədəni-kütləvi tədbirləri keçirmək üçün akt zalı, yardımçı otaqlar vardır. Kollecdə kargüzarlıq işinin aparılması internet şəbəkəsi vasitəsi ilə həyata keçirilmişdir.

Cədvəl 1.

 

Göstəricilərin adı

Tədris

sahəsi

Yardımçı otaqların sahəsi

Təlimlə əlaqədar istifadə olunan sahə

535 kv.m

15 kv.m

 Cədvəl 2.

Göstəricilərin adı

Faktiki

Kabinə və laboratoriya

18

Kitabxana

1

Oxu zalı

1

Akt zalı

1

H.Əliyev guşəsi

1

Kompyüter otağı

1

   Kollecdə tələbələrin istifadəsində olan kitabxananın sahəsi 52 kv.metrə qədərdir. Orada tələbələrin dərslərə hazırlaşmaları üçün şərait yaradılmışdır. Kitabxanada həm tibbi, həm də bədii ədəbiyyatın ümumi fondu 11610 nüsxədir. 6521 nüsxəsi tibbi, 4501 nüsxə bədii ədəbiyyat,  324 nüsxə jurnal vardır.
   2022/2023-cü tədris ilində yeni qəbul olunmuş tələbələrlə tədris yeni tədris planlarına uyğun olaraq kredit sistemi ilə tədris planlarına uyğun şəkildə aparılmışdır. Tədris ili ərzində tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə həm nəzəri, həm də təcrübi dərs saatları tam yerinə yetirilmişdir.

 


KOLLECDƏ YARADILMIŞ TƏDRİS ŞƏRAİTİ




001002003
fondsehiyye1edudim1

VKkj

 


f01   i01   y01   m01